Avropada böyük həyəcan - HİV virusuna yoluxanların sayı ən təhlükəli dərəcəyə çatıb

Avropada böyük həyəcan - HİV virusuna yoluxanların sayı ən təhlükəli dərəcəyə çatıb
"Şərqi Avropada HİV epidemiyası yayılmaqda davam edir.
 
Almaniyanın "Der Spiegel” qəzetində çıxan materiala görə, təkcə 2017-ci ildə Şərqi Avropada 130 min çox insan bu virusun daşıyıcısna çevrilib.
"Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (ECDC) məlumatına əsasən, Qərbi Avropada yoluxma hallarında azalma müşahidə edilib”, - jurnalist İren Berres yazır.

2017-ci il ərzində Şərqi və Qərbi Avropada 160 min şəxsə HİV diaqnozu qoyulub.

Məlumatda tək təsəlliverici gəlişmənin 2017-ci ildə HİV virusu tapanların sayının əvvəlki illərlə müqayisədə artış göstərməməsidir. Məsələn, 2007-2016-cı illə ərzində Şərqi Avropada HİV diaqnozları 95% artmışdısa, son ildə bu göstərici 68%-ə düşüb.

"Burada əsas problem bir çox yoluxan insanların xəstəlikdən olduqca gec xəbər tutması ilə bağlıdır. Hər iki nəfərdən birində virusun aşkar olunması onun çiçəklənmə vaxtına düşür. Bu səbəbdən onun başqalarına ötürülmə riski də artır. Gec diaqnoz isə müalicəni çətinləşdirir”,-deyə məqalədə yazılıb.
Bu yay UNAİDS (BMT-nin QİÇS üzr birgə proqramı) təşkilatın büdcəsinin azaldımasının artıq yeni bölgələrdə gənc insanlar arasında virusun yayılmaasını sürətləndirəcəyi ilə bağlı xəbərdarlıq edib.

"Xəstəlik belə getsə tarixi miqyasda böhrana gətirib çıxara bilər”,-deyə ABŞ-ın HİV üzrə eksperti Mark Daybal Amsterdamda keçirilən konfrans öncəsi xəbərdarlıq edib.

Qeyd olunur ki, 1980-ci ildən bu yana HİV virusuna 80 milyondan çox insan yoluxub.

"Der Spiegel”in Rusiya üçün tərtib etdiyi qrafik isə daha vahiməlidir. Belə ki, əgər 1997-ci ildə Rusiyada cəmi 6917 yoluxma halı qeydə alınıbsa, 2017-ci ildə bu rəqəm 1 087 339 nəfərə çatıb. Özü də bu hələ etiraf olunan statistikadır.

/Musavat.com
 

OXŞAR XƏBƏRLƏR