Avropa Gənclər Yay Olimpiya Festivalına 50 gün qaldı - Nazir hazırlıqdan DANIŞDI

Avropa Gənclər Yay Olimpiya Festivalına 50 gün qaldı - Nazir hazırlıqdan DANIŞDI

Bu gün ölkə üçün əhəmiyyətli və çox maraqlı bir andır. XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə 50 gün qalır.

Sfera.az-ın məlumatına görə, bunu "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya Hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, 50 gün sonra Bakıda yeniyetmələr arasında ən güclü idmançılar yarışacaq: "Onların əksəriyyəti gələcəkdə olimpiya, dünya və Avriopa çempionu ola bilər. Bugünkü tədbirdə uşaqların iştirakı çox vacib amildir. Çünki biz qarşımıza məqsəd kimi texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini də qoymuşuq. Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik”.

Nazir əlavə edib ki, 50 gün ərzində son hazırlıq işləri tamamlanacaq.

Daha sonra XV Avropa Gənclər Yay Olimpiya Festivalının maskotları Cırtdan və Bəbir nümayiş olunub.

Qeyd edək ki, "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı 21-27 iyulda keçiriləcək.

 

OXŞAR XƏBƏRLƏR

MÜTDA direktoru qəbulun elektronlaşdırılmasından DANIŞDI

"Məktəbdənkənar təhsil müəssisələri üçün də qəbulun elektronlaşdırılmasını hədəfləyirik".   Sfera.az xəbər verir ki, bu barədə Məktəbə...

Kadırov Rusiya DİN rəhbəri ola bilər - KİV

Ramzan Kadırov Rusiya Daxili İşlər Nazirliyinin yeni rəhbəri ola bilər.   Sfera.az bildirir ki, bu barədə Rusiyada fəaliyyət göstərən “Tsarqrad...

Rusiya əməliyyatları gücləndirdi: Ukraynanın bu şəhərini işğal etməyə çalışır 

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən Çasov Yar şəhərini işğal etməyə çalışır.  Sfera.az UNİAN-a istinadən xəbər veri...

40 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - RƏSMİ

"Təhsil müəssisələrində monitorinqlər davam edir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin di...

Ukraynada öldürülən rus əsgərlərinin sayı AÇIQLANDI

Ukrayna müharibəsinin ikinci ilində 27 mindən çox rus əsgəri həlak olub.   Sfera.az bildirir ki, bu barədə “BBC” araşdırma aparıb. &n...

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş ...