Hadİsə

23 yaşlı futbolçu terasdan yıxılıb, öldü - FOTO

23 yaşlı futbolçu terasdan yıxılıb, öldü - FOTO

23 yaşlı futbolçu terasdan yıxılıb, ölüb.

Sfera.az-ın məlumatına görə, milli.az xarici mətbuata istinadla xəbər verir ki, argentinalı futbolçu, 23 yaşlı Ezequiel Esperon dostları ilə birlikdə partidə əylənərkən 6-cı mərtəbədə yerləşən terasdan yıxılıb.

Ağır yaralı vəziyyətdə Buenos Ayresdəki "Zubizarreta" xəstəxanasına çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə bazar günü gecə saat 3-də, Buenos Ayresin Villa Devoto səmtində yerləşən 6 mərtəbəli binada baş verib.

 

Qeyd edək ki, o, Buenos Ayresin "All Boys" klubunun futbolçusu idi. Esperon bundan əvvəl "Atlante de Mexico" klubunda da çıxış edib.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031