23 iyuna olan bürclər
Cəmiyyət
20:49 / 22.06.2016
1655
Qoç- istənilən, hətta ən
kiçik işlərdə fayda və mənfəət arayın. Hadisələri tələsdirməyin. Etdiyiniz
seçimi dərhal açıqlamayın. Ev işləri və ailə tədbirləri üçün əlverişli zamandır.
Yeni işə
və ya fəaliyyət sahəsinə maraq yarana bilər.
Günün
ikinci yarısında yeni ideya və fikirlərinizi yaxın ətrafınızdakı insanlarla
bölüşə bilərsiniz.
Axşam
saatlarında aktiv istirahəti seçin.
Buğa- yaxın ətrafınıza, yaşam arealınıza diqqət
yetirin. Ağıllı və fəndgir davranın, ehtiyatı əldən verməyin.
Qüvvələrinizi
bərpa etməyə çalışın. Bunun üçün təmrinləri və ya prosedurları müəyyənləşdirin.
Yeni
informasiya alına bilər. Bu xəbər işlərin gedişatında, işgüzar tərəfdaşlarla
münasibətlərdə dəyişikliklər yarada bilər.
Başlanmış
prosesi dayandırmağa can atmayın, çünki niyyətiniz reallaşmayacaq.
İşdə
kiçik, amma önəmli detalı aşkarlayın. O detal və ya ünsür işi tamamlamağa, onu
mənalandırmağa imkan verir.
Əkizlər-
perspektivdə başlanacaq layihələr və ya işlərlə bağlı gərgin mübahisələrə
qatılmayın, enerjinizi mənasız işlərə sərf etməyin.
Cari işlərə
yetərincə vaxt ayırın.
Təxirəsalınmaz
müdaxilə tələb edən işlərdə aktiv olun.
Təəssüratlar,
tələblər, iddialar və dəvətlər çoxdur. Axşam saatlarını romantik görüşə ayıra
bilərsiniz.
Xərçəng- yeni və ağır işə başlamazdan əvvəl cari
situasiyanı yetərincə dəqiq şəkildə dəyərləndirin. Mümkün perspektivləri
proqnozlaşdırın. Real potensialınızın imkan vermədiyi qərarlar qəbul etməklə irəliləyə
bilməzsiniz.
Günün
ikinci yarısında fəaliyyət sahəsini dəyişmək barədə düşünmək olar. Alış-veriş
üçün əlverişli zamandır. Sevdiyiniz insanla münasibətlərinizi inkişaf etdirin.
Qarşılıqlı sayğı çox önəmli məsələdir.
Şir- daxili emosional durumunuz bu gün xüsusi əhəmiyyət
kəsb edəcək. Əhvalınız ailə üzvlərinizin davranışı və yaxın ətrafınızdakı
insanların əməllərindən də asılı olacaq.
Yaşamla,
daşınmaz əmlakla bağlı məsələlərin çözülməsində ehtiyatlı olun. Düşünülməmiş qərarlar
verməyin.
Günün
ikinci yarısında işgüzar münasibətlərdə səlis, məntiqli addımlara zərurət
duyulur. Bununla belə gündəlik qayğıları, xırdalıqları, detalları unutmayın.
Alış-verişdə çox pul xərcləməyin. Maliyyə, pul məsələlərində sayıq olun.
Önəmli ödənişləri
ertələyin.
Qız- günün ilk yarısından etibarən yaranan çətin,
birmənalı olmayan situasiyalarda səliqəli davranın. Özünüzə qarşı kritik olun.
Fəaliyyət sahənizdən kənar işlərlə çox məşğul olaraq vaxtınızdan qeyri-effektiv
şəkildə yararlanmayın.
Günün
ikinci yarısında işgüzar tərəfdaşlar və etibarlılığına şübhə etdiyiniz
insanlarla əməkdaşlıqda onlara çox inanmayın. İntuisiyanız sizə dürüst qərar
verməyə yardım edəcək. Dəqiq cavabını bilmədiyiniz məsələlərdə təhtəlşüurunuza
güvənin.
Tərəzi-
başladığınız işləri bitirmək üçün kənardan yardımlar gözləməyin. İşdə rəhbərliyin
tapşırıqlarının öhdəsindən gəlməyə çalışın. Müstəqil fəaliyyət üçün münasib
zamandır. Rəqibləri üstələyərək məqsədə doğru sürətlə irəliləyin.
Günün
ikinci yarısında planlarda dəyişikliklər, qrafikdə yenilənmələr ola bilər. Dövlət
qurumlarına yollansanız, gözləntiləriniz doğrulmayacaq. Gərəkli məmur yerində
olmayacaq.
Axşam
saatlarında normal istirahət edin.
Əqrəb-
yaşımınızda uğurlu dövr başlanır. Bəxt üzünüzə güləcək. Başladığınız işi əsla
yarımçıq qoymayın. Problemlərin həllində aktiv və sürətli olun. Xüsusi önəm
verdiyiniz məsələlərdə gecikmələrə yol verməyin. Diqqətli və sərvaxt davranın.
Günün
ikinci yarısında yaxşı düşünülməmiş qərar qəbul etməyin. Yaxın ətrafınızdakı
insanların intensiv fəaliyyətini təmin etmək üçün liderlik məziyyətlərinizdən
yaralanın.
Axşam
saatlarında əyləncəyə vaxt ayıra bilərsiniz.
Oxatan- günün ilk yarısından etibarən yaşanan hadisələr üzərində
kontrolu itirməyin. Tərəfdaşlardan və ya şəriklərdən biri etimadınızı
doğrultmayacaq. Mühüm görüş, rəhbərliklə müzakirələr və ya dövlət qurumunun
nümayəndəsi ilə söhbət ümidlərinizi puç edə bilər.
Günün
ikinci yarısında mövqelərinizi daha möhkəm, daha səbatlı edin. Ən kiçik maneə,
cılız problem əhvalınızı korlamasın. Məqsədə aparan yol gözləniləndən uzun
olarsa, narahat olmayın.
Axşam
saatlarını ailəyə həsr edin.
Oğlaq- intuisiyanıza güvənin. Qarşı tərəfin maraqlarını
da nəzərə alın. Məntiqə xəyanət etməyin. Rəqəmlər, faktlar, hesablamalara
xüsusi diqqət yetirin. Mübahisəli məqamları tərəfdaşlar, şəriklərlə müzakirə
edin.
Günün
ikinci yarısında çalışdığınız yerdə rəhbərliklə münaqişə yaratmayın. Səhvlər və
yanlışlıqlar fəaliyyətinizdə geriləmələrə səbəb olmamalıdır. Sevdiyiniz insana
hədiyyə verin.
Axşam
saatlarını dəyər verdiyiniz insanlara sərf edin.
Dolça-
günün ilk yarısından problemlərin və qayğıların sayı artacaq. İşinizlə bağlı məsələlərdə
qəfil çətinlik istisna deyil. Tələskənliyə yol verməyin. Problemi həll etmək
üçün bilikli və təcrübəli insanların məsləhətlərindən yararlanın.
Günün
ikinci yarısında rəqiblərdən biri sizi sınağa çəkmək istəyəcək. Yaxınlarınızla
və qohumlarınızla təmaslarda səmimi, qayğıkeş olun. Qohumlardan birinin yardıma
ehtiyacı var. Neqativ emosiyaların hərəkətlərinizi idarə etməsinə imkan verməyin.
Axşam
saatlarında gəzintiyə çıxa bilərsiniz.
Balıqlar-
proseslər üzərində tam nəzarətə malik olduğunuzu düşünməyin. Belə kontrol hissi
illüzordur. Xəyallara aldanmayın. Gərəkli vaxtda lazımi yerdə olmaq üçün bütün
imkanlardan istifadə edin.
Yaxın gələcəklə
bağlı perspektivlərinizi dəyərləndirin. Qəfil xəbərlərdən maraqlarınız üçün
istifadə edin. Mühüm olay yaşanacaq.
Günün
ikinci yarısındakı hadisələr, situasiya təsadüfi deyil.
Həmkarlar
və dostlarla aktiv təmaslarda olun. Ehtiyac duyduğunuz məlumatları əldə etməyə
can atın. Tələsik təmaslarda heç bir fayda yoxdur.