2020-ci ildə hansı BÜRCLƏR VARLANACAQ?

2020-ci ildə hansı BÜRCLƏR VARLANACAQ?
Münəccimlər gələn ilin ən şanslı bürclərini elan edib.

Sfera.az xəbər verir ki, gələn ilin ən şanslı zodiak işarəsi Dolça bürcü seçilib. Dolça düşünüldüyü kimi su deyil, havanın elementlərinə aiddir. Bu bürclər əhval dəyişikliyinə və temperamentə çox meyllidir.

Dolça bürclərinin nümayəndələri inkişaf etmiş intuisiya sahibi olan yaradıcı insanlardır. Və bu ilin qışından etibarən Dolçaları ailədə harmoniya, işdə isə uğurlar gözləyir. Onlar hər zaman arzusunda olduğu uğur, sərvət və ən əsası sağlamlığa qovuşacaq. Bu Bürc işarəsinin bütün nümayəndələri çox istedadlı insanlardır.

Hər kəs zəngin varlanmaq istəyir, amma hamı buna nail ola bilmir. Yeni il bəzi bürc nümayəndələrinə maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün əlverişli vaxt ola bilər. Astroloqlar 2020-ci ildə sərvətlərini artıra biləcək bürcləri də açıqlayıb.

Bəşəriyyətin güclü yarısı arasında Oxatan, Şir və Dolça bürcləri gələn il ailə büdcəsini artıra biləcək. Bunun üçün Oxatan bürcləri qarşısına yalnız aydın bir məqsəd qoymalı və heç bir şübhə etmədən ona doğru getməlidir. Xeyirxah əməllər Dolçalarında maddi rifah əldə etməsinə kömək edəcək. Şirlərin varlanmasına isə nizam-intizam təsir göstərəcək.

2020-ci ildə Qız, Xərçəng və Əkizlər bürcləri altında dünyaya gələn qadınların gəlirlərini artıra bilməsi üçün imkanlar açılacaq. Diplomatiya Qız bürclərini yaxşı maliyyə durumunu düzəltməyə kömək edəcək.Xərçəngyeni işi sayəsində var-dövlətlərini, qazanclarını üç qat artıracaq. Əkizlər isə emosional problemlərini həll edə bilsələr, qarşılarına varlanmağın müxtəlif yolları çıxacaq.

publika.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...