Robert Koçaryan: Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur

Robert Koçaryan: Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur

Hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryan bildirib ki, konseptual inkişaf proqramı olmayan Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur. 

Sfera.az AZƏRTAC-a istinadla xəbər verir ki, dəftərxanası vasitəsilə "Sputnik Armenia” agentliyinə müsahibə verən Koçaryan sürətlə dəyişən qlobal siyasi proseslər fonunda ermənilərin gələcəyi ilə bağlı bədbin proqnozlar verib.

 

Koçaryan qeyd edib ki, son aylar NATO-nun etirazlarına rəğmən Türkiyənin Şimali Suriyada hərbi əməliyyatlar aparması və Rusiya ilə birgə hərəkət etməsi, habelə Moskvanın keçirdiyi Afrika sammiti yeni çoxqütblü dünyanın formalaşdığını göstərir. Paşinyan hökumətinin terrorçu reputasiyası olan "Sasna tsrer” təşkilatından dəstək almasını pisləyən keçmiş dövlət başçısı Rusiya ilə Qərbin arasında mövqesiz və qeyri-müəyyən siyasi reveransın da təhlükəli olduğuna işarə edib. Hökumət üzvlərini Vaşinqtondan qrant almaqda ittiham edən sabiq prezident vurğulayıb ki, Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılmasını istəyənlər ermənilərin məhv olacağı təhlükəsini nəzərə almırlar. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türkdilli Ölkələrin Sammitində Zəngəzurun Azərbaycan torpaqları olması barədə sözləri də təsadüfən söylənilməyib. "Bu, türk xalqlarının məskunlaşdığı ərazilərin davalı olmasına doğru atılmış bir addımdır”, -deyə Koçaryan əlavə edib. O, həmçinin qeyd edib ki, son illər daha da güclənən Türkiyə-Azərbaycan münasibətləri Ermənistanın və Dağlıq Qarabağda qondarma rejimin gələcəyi üçün təhlükədir.

Sabiq prezident Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın bu yaxınlarda BBC telekanalına verdiyi müsahibəni də rüsvayçı adlandırıb. Əlavə edib ki, Paşinyan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda mövqeyi getdikcə zəifləyir. "Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə!” bəyanatı bizi danışıqlarda yenidən dövlətlərin ərazi bütövlüyü prinsipinə qaytarıb. Bu, çox səhv addım idi... Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatları, nizamlanma prosesində aydın ifadə edilən mövqe olmaması erməni tərəfinin konstruktivliyini şübhə altına qoyub. Həmsədrlərin bəyanatlarında da bunu görmək mümkündür”, - deyə Koçaryan vurğulayıb. O əlavə edib ki, bütün bunlar Azərbaycana danışıqların mənasız olması iddiası irəli sürərək hərbi əməliyyatlar vasitəsilə ərazi bütövlüyünü bərpa etmək hüququ verir.

Koçaryan Qarabağ erməniləri ilə Ermənistan elitası arasında münasibətlərin gərgin olduğunu da diqqətə çatdırıb. O iddia edib ki, Ermənistanda büdcədən müdafiə xərclərinə ayrılan vəsaitin də 20 faiz azaldılması hökumətin əlacsız olmasının göstəricisidir.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...