“NBC Bank”ın vəziyyəti məlum oldu

“NBC Bank”ın vəziyyəti məlum oldu
 

"NBC Bank” 2019-cu ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

2019-cu ilin yanvar-mart dövründə "NBC Bank”ın cəmi gəlirləri 5 milyon 521 min manat, cəmi xərcləri isə 5 milyon 858 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən bankın 337 min manat əməliyyat zərəri yaranıb. "NBC Bank” Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 257 min manat da ayırdığından zərər 594 min manata yüksəlib.

Müqayisə üçün qeyd edək ki, "NBC Bank” ASC 2018-ci ilin 1-ci rübünü 818,1 min manat xalis mənfəət ilə başa vurmuşdu. Ötən ilin ilk 3 ayında "NBC Bank”ın cəmi gəlirləri 4 milyon 613 min manat,  cəmi xərcləri 3 milyon 938 min manat təşkil etmişdi. Həmçinin ehtiyatlardan 144 min manat gəlirə əlavə edilmişdi.

2018-ci ilin ilk rübü ilə müqayisədə 2019-cu ilin ilk rübündə "NBC Bank”ın faiz gəlirləri 610 min manat və ya 15,3% artaraq 4 milyon 584 min manat təşkil edib. 2018-ci ilin 1-ci rübündə Bankın faiz gəlirləri  3 milyon 974 min manat təşkil etmişdi. Qeyri – faiz gəlirləri isə  639 min manatdan 937 min manata yüksəlib (298 min manat çox).

Gəlirlər ilə bərabər xərclər də artıb. Faizlər və onunla bağlı xərclər 1 milyon 125 min manat və ya 46,8% artaraq 3 milyon 529  min manat, qeyri-faiz xərcləri isə 795 min manat və ya 51,8% artaraq 2 milyon 329 min manat təşkil edib.

2018-ci ilin ilk rübü ilə müqayisədə 2019-cu ilin ilk rübündə "NBC Bank” cəmi gəlirləri 908 min manat, cəmi xərcləri isə 1 milyon 920 min manat artıb. Xərclərin artması gəlirlərin artmasını üstələyib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...