7 gündür yoxa çıxan qızı görün haradan NƏ VƏZİYYƏTDƏ tapdılar - FOTO

7 gündür yoxa çıxan qızı görün haradan NƏ VƏZİYYƏTDƏ tapdılar - FOTO
 
Samsunda 7 gün öncə itən 17 yaşlı M.S. adlı qız polisin basqın etdiyi evdə tapılıb.

Qız tikinti materialları satan şirkətdə işə başlayıbmış. Bir həftə əvvəl işə getmək üçün evdən çıxan M.S.-in gecə saatlarına qədər evə dönməməsi və telefona da cavab verməməsi ailəsini narahat etməyə başlayıb. Valideynləri bir gün sonra qızlarının iş yerinə getdiyində onunla qarşılaşıblar. M.Ş. atasına: "Səndən üzr istəyirəm, axşam evimizə gələcəyəm", - deyərək atasının yanından ayrıldıqdan sonra bir daha evə qayıtmayıb. Bundan sonra M.Ş.-in atası R.S. polisə gedərək qızının itkin düşdüyü barədə müraciət edib.

Hadisə ilə əlaqədar istintaqa başlayan polis əməkdaşları gənc qızın İlkadım rayonu Kalkanca məhəlləsində yaşayan S.Ç. adlı şəxslə birlikdə qaldığını təyin edərək evə basqın edib. Daha əvvəl Oktay adlı bir adamla birlikdə olduğunu söyləyən M.S. onun yanından ayrıldıqdan sonra bu gün S.Ç.-nin evinə gəldiyini deyib.

S.Ç. isə polis tərəfindən nəzarətə alınıb. Hadisə ilə əlaqədar başladılan istintaqın davam etdiyi bildirilir.milli.az

7 gündür yoxa çıxan qızı görün haradan tapdılar - FOTO
 

OXŞAR XƏBƏRLƏR