Krİmİnal

17 yaşlı həmkəndlisini öldürdü - Məhkəmə olacaq

17 yaşlı həmkəndlisini öldürdü - Məhkəmə olacaq

Yeniyetməni öldürən 21 yaşlı gənc məhkəmə qarşısına çıxarılacaq. 

 

 

Sfera.azn məlumatına görə, aprel ayının 3-də Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirləndirilən Çuqay Yasin Göyüş oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.

Xatıqladaq ki, hadisə 2019-cu il oktyabrın 9-da saat 20 radələrində Yevlax rayonunun Havarlı kəndində baş verib. 

Kənd sakini 1999-cu il təvəllüdlü Çuqay Yasin Göyüş oğlu yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı üzərində olan bıçaqla həmkəndlisi 2002-ci il təvəllüdlü Nəzərov Rasim Abid oğlunun döş qəfəsinə xəsarət yetirib. Zərərçəkmiş dərhal Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Təxirəsalınmaz tibbi-cərrahi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. (yeni sabah)

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031