Özünü heykəldən asan gənc Psixiatrik Xəstəxanada qeydiyyatda imiş - VİDEO

Özünü heykəldən asan gənc Psixiatrik Xəstəxanada qeydiyyatda imiş - VİDEO
Bakıda parkdakı Nikola Tesla heykəlindən özünü asan 27 yaşlı Mirəziz Əlizadənin intihar səbəbi bəlli olub. 

Sfera.az-ın məlumatına görə, Xəzər TV-nin bu barədə hazırladığı reportajda bildirilir ki, Nərimanov rayon İcra Hakimiyyətindən verilən məlumata görə, intihar edən şəxs 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydiyyatda olub. Vətəndaşın narkoloji problemlərinin olduğu da deyilir. 

Xırdalan şəhərində qeydiyyatda olan M. Əlizadə bir müddət Nərimanov rayonunda kirayədə yaşayıb. İntihardan saat 11:00 radələrində bağa gələn sakinlər xəbər tutublar. Daha sonra təcili tibbi yardıma və polis bölməsinə xəbər verilib. Sakinlərin sözlərinə görə, intihar hadisəsi səhər tezdən baş verib. 

Qeyd edək ki, Baş Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirildiyini, habelə məhkəmə tibbi ekspertizasının təyin olunduğunu açıqlamışdı. Hazırda Nəsimi rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.
 


OXŞAR XƏBƏRLƏR

Degenerativ xəstəliklər nədir və həyati təhlükəsi varmı?

  Degenerativ sinir xəstəlikləri ciddi və ya həyati təhlükə yarada biləcək xətəliklərdir. Bu xəstəliklər balans, hərəkət, nitq, tənəffüs və ürək fu...

"Rusiya, Azərbaycan, Türkiyə və İran Qərbə qarşı birləşməlidir" - Korotçenko

"Ermənistanın Qərbin təsir platformasına çevrilməməsi üçün Cənubi Qafqaz ölkələri birgə məsləhətləşmə formatı yaratmalıdırlar". Sfera.az xəbər ve...

Qazimiz Türkiyədə faciəvi şəkildə ÖLDÜ - FOTO

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, əmisi il...

Putindən “Crocus”dakı terrorla bağlı YENİ AÇIQLAMA: "Cinayətin bütün iştirakçılarını..."

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı son məlumatı açıqlayıb.   Sfera.az bildirir ki, dö...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.   Sfera.az ...

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.   Sfera.az xəbər verir ki, hər...