Özünü 42-ci mərtəbədən atan 21 yaşlı Aysun Xəlilovanın - FOTOLARI

Özünü 42-ci mərtəbədən atan 21 yaşlı Aysun Xəlilovanın - FOTOLARI
Türkiyənin Konya şəhərində azərbaycanlı gənc qız intihar edib.

21 yaşlı Aysun Xəlilova Konyanın ən yüksək binası olan 42 mərtəbəli tikilinin ən üst mərtəbəsindən özünü atıb. Gənc qızın özünü ataraq intihar etmək istədiyini görən ofisiantlar ona mane olmağa çalışıblar. Lakin 21 yaşlı Aysun onları bıçaqla hədələyərək, özün atıb.

Hadisədən sonra Aysunun intihardan öncə yazdığı vida məktubu tapılıb. Məktubda qeyd edilir:

"Ölümümdən heç kim məsuliyyət daşımır. Mən dözə bilmədim, bacarmadım. Bəzi yüklərlə yaşamaq çox çətindir. Ana, ata, bacım ölümümə üzülüb ağlamayın. Canım atam, anam, sizi çox sevirəm. Canım anam mənim üçün ağlama. Gözlərindən bir damla da yaş süzülməsin. Səni çox sevirəm. Ana, qızına haqqını halal et. Bacım, birdənəm mənim. Bağışla məni canım bacım. Çox üzr istəyirəm hər şey üçün. Yaşamağı bacarmadığım üçün sizlərə vida edirəm. Boynumdakı kolyenin mənimlə bərabər dəfn edilməsi vəsiyyətimdir. Boynumdan qəti çıxarmayın. Sizləri hər zaman çox sevdim. Öncə bir-birinizə, sonra Allaha əmanət olun".

Qeyd edək ki, keçən ilin oktyabrında həmin binadan azərbaycanlı oğlan - 23 yaşlı Tehran Alimov özünü ataraq intihar etmişdi. Bu gün həyatına son qoyan Aysunun bəzi fotolarını təqdim edirik.
 
///Publika.az 

OXŞAR XƏBƏRLƏR