Zorla ərə verilən qız və sevgilisi intihar etdi - Ataya cinayət işi başlandı

Zorla ərə verilən qız və sevgilisi intihar etdi - Ataya cinayət işi başlandı
Yardımlı rayonunda Xanhüseyn Mirzəyev 21 yaşlı qızını zorla ərə verib. Bundan sonra həm qızı, həm də qızının sevgilisi intihar edib. Hadisə ilə əlaqədar ata haqda cinayət işi başlanılıb.

Sfera.az xəbər verir ki, rayonun Köryədi kənd tam orta məktəbində müəllim işləyən X.Mirzəyev 1999-cu il təvəllüdlü qızı Bahar Mirzəzadəni zorla öz qohumu və həmkəndlisi Vüqar adlı şəxslə evlənməyə məcbur edib.

2020-ci il martın 8-də qızın toyu olub. Onun sevdiyi oğlan, Saatlı rayon sakini, 2000-ci il təvəllüdlü Cəfər Cəfərqulu oğlu Süleymanzadə buna dözməyərək özünü öldürüb. O, toydan 3 gün sonra, martın 11-də rayon mərkəzində yerləşən peşə liseyinin həyətindən özünü asmaqla həyatına son qoyub.

Bundan sonra sevgilisinin özünü öldürdüyünü eşidən Bahar da intihar edərək canına qıyıb.

İstintaq zamanı hər iki hadisə araşdırılarkən səbəb müəyyən edilib. Təsdiq olunub ki, gənclər X.Mirzəyevin qızını zorla ərə verməsi səbəbindən həyatlarına qıyıblar.

Buna görə B.Mirzəzadənin atası barəsində Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Xanhüseyn Mirzəyev "Qadını nikaha daxil olmağa məcbur etmə" maddəsi ilə təqsirləndirilib.

Yardımlı rayon məhkəməsinin qərarı ilə 2 nəfərin intiharına səbəb olan Xanhüseyn Mirzəyev 3 min manat cərimə olunub. Prokurorluq qərardan narazı qalaraq protest verib və cəzanın ağırlaşdırılmasını tələb edib.

Protestdə qeyd edilib ki, X.Mirzəyevin törətdiyi cinayət əməli ilə qızını həmkəndlisi Vüqarla nikaha daxil olmağa məcbur etdiyini dərk etməklə həmin əməli birbaşa qəsdlə törədib.

Həmin maddədə maksimal cəza 2 il müddətə azadlıqdan məhrum etməkdir. Lakin yuxarı instansiya məhkəməsi qərarı qüvvədə saxlayıb.

Xanhüseyn Mirzəyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu hadisədə günahı olmayıb: "Mənim heç bir günahım yox idi, məhkəmənin qərarı ilə razıyam. Qızım Bahar o oğlanı (ərini) istəmədiyi üçün özünü öldürüb".
 
(qafqazinfo)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda polis GÜLLƏLƏNDİ

 Beyləqan rayonunda polis əməkdaşı ayağından güllələnib. Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, noyabrın 30-u saat 01 radələrində Beyləqan ...

BAKIDA İNANILMAZ OLAY: "Hicab geyinib, maşının nömrəsini dəyişib basqına getdilər" - TƏFƏRRÜAT

Bakıda quldurluqda ittiham olunan Firuddin İsmayılov, Kənan Müzəffərli, Kamran Abdullov və Dilbər Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ...

Azərbaycanda polis BIÇAQLANDI: həbs edilən var

Şirvanda polisə qarşı xuliqanlıq edən saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat x...

Sevgilisinin telefonunda kişi fotoları tapdı, onu döydü, anasını isə... - Bakıda şok olay

Bakının Xətai rayonunda 1983-cü il təvəllüdlü Şahin şəxsi münasibətlər zəminində qeyri-rəsmi nikahda yaşadığı Ləman və onun anası Sevdaya (zərərçəkmişlərin adla...

Uşaqlıqda əmiyə qarşı yaranan qisasçılıq: Meyxanaçılar qatil oldu

2019-cu ilin oktyabrın 2-də Tərtər rayonunun Sarov kəndində baş verən qətl hadisəsinin təfərrüatı bəlli olub. Sfera.az bildirir ki, oxu.az məhkəmə istinta...

Azərbaycanda Polis Şöbəsinin keçmiş rəis müavininə HÖKM OXUNDU

Dələduzluqda təqsirləndirilən Şamaxı rayon Polis Şöbəsinin keçmiş rəis müavini Hüseyn Muradxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sfera.az-ı...