Özlərinə ad verən müğənnilər – Buna ehtiyac varmı?
15:58 / 15.03.2021
2368
Bir çox müğənnilərimiz "Xalq artisti”, "Əməkdar
artist” kimi rəsmi titullardan əlavə özlərinə müəyyən adlar da götürürlər. Bəzən
isə onlar başqaları tərəfindən bu adlarla "təltif edilir”.
Məsələn, Xalq artisti İlhamə Quliyevanın bir
sıra titulu var idi: "Primadonna”, "Ümumdünya Sülh Səfiri”, "Sultan”, "Sənət
kraliçası” və s. Yaxud Xalq artisti
Aygün Kazımova özünü "Azərbaycanın divası”, ifaçı Səməd Səmədov, Manaf Ağayev "Toylar kralı”,
Nadir Qafarzadə "Əjdaha”, Xalq artisti
Faiq Ağayev "Qızıl şlyager” və.s
adlandırıblar.
Bununla bağlı tanınmış prodüsser Sayqa Cahid
Sfera.az-a açıqlama verib. O, müğənnilərə titul verilməsinin tərəfdarı
olmadığını bildirib:
"Tamaşaçı istədiyi müğənnini sevir, istədiyi
mahnını dinləyir. Ötən verilişlərin birində də dedim ki, şəxsən mən mahnını müğənniyə
görə yox, əsərə görə dinləyirəm”.
Prodüserin sözlərinə görə, müğənnilərin özünə
titul verməsi ola bilər ki, reklam kampaniyası olsun: "Bu, fərqlilik üçün edilə
bilər. Həmçinin bəzi televiziyalarda aparıcıların müğənniləri təqdimat zamanı
istifadə etdiyi sözlər sonradan bir ada çevrilir və onun üzərində qalır”.
Müsahibimiz həmçinin müzakirə obyekti olan məsələyə də fikir bildirib: "Türk mediasının Aqşini elə adlandırması pisdir ki? Təəssüf olsun ki, biz hələ də özümüzü tərfiləyib yüksəyə apara bilmirik. Bir-birimizin ayağından çəkirik. Bu, çox pis şeydir. Əslində isə təriflənən şəxsi daha da yüksəyə qaldırmalıyıq”.
Günay Rəsulqızı
Sfera.az