Zlatan İbrahimoviç zədə səbəbindən karyerasını bitirə bilər
00:15 / 26.05.2020
2193
İtaliyanın "Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç zədələnib.
Sfera.az xəbər verir ki, koronavirus pandemiyası üzündən klubun düşərgəsində deyil, vətəni İsveçdə hazırlıq keçən hücumçu məşq zamanı xəsarət alıb.
Onun ayağında qopma olduğunu ehtimal edilir. Bu zədə 38 yaşlı veteranın karyerasını bitirməsi ilə nəticələnə bilər. Əgər zədə təsdiqlənsə, Zlatan ən azı 6 ay yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, 2019/20 mövsümünün ikinci yarısında "Milan”a transfer olunan İbrahimoviç 10 oyunda 4 qol vurub.
(apasport.az)