Ziya Məmmədov villasını satışa çıxardı - ÇOX UCUZ QIYMƏTƏ/FOTO

Ziya Məmmədov villasını satışa çıxardı - ÇOX UCUZ QIYMƏTƏ/FOTO
Sabiq nəqliyyat naziri Ziya Məmmədov villasını satışa çıxarıb.

Sabiq nazir Nardarandakı villasını çox ucuz qiymətə satır. Ziya Məmmədov uzun illərdir ziyarət etmədiyi villasına 310 min manat qiymət qoyub.

Məlumata görə, sabiq nazir 3-4 ilə yaxındır ki, bu mülkünə baş çəkmir. Villaya nəzarəti isə son illərə qədər onun sürücüsü edirmiş. Z.Məmmədovun sürücüsünün də Nardaranda sabiq nazirin villasının qonşuluğunda bağ evi var.


Bildirilib ki, sabiq nazirin ziyarət etmədiyi villasında əvvəllər mühafizəçi olsa da, son zamanlar heç kim gözə dəymir.

Demək olar ki, sabiq nazirin bu mülkü xarabalığa çevrilib. İki böyük giriş qapısı olan bu mülk 2 hektara yaxın torpaq sahəsində yerləşir. Bir zamanlar sabiq nazirin və ailə üzvlərinin tez-tez baş çəkdiyi bu bağ evinin həyətində meydança, ayrı tikilidə idman və əyləncə zalı da var.

Onu da qeyd edək ki, sabiq nazir bir zaman bu kənddə öz qardaşı Nəriman Məmmədovla qonşu olub. Daha sonra Nəriman Məmmədov həmin bağ evini icra başçılarından birinə - Əhəd Abıyevə satıb. Bir neçə il əvvəl isə Əhəd Abıyev də həmin mülkü Masallıdan olan iş adamına satıb. Musavat.com

OXŞAR XƏBƏRLƏR

Tanınmış jurunalist çətin durumda: Məni kor edən həkimi Səhiyyə Nazirliyi müdafiə edir

Tanınmış jurnalist Qabil Babayev çətin durumdadır. Jurnalist sosial şəbəkədən onu gözünü kor edən həkimi və həkimi müdafiə edən Səhiyyə Nazirliyini ittiham edib...

“Elina ilə danışan icra başçısının müavinidir” - ŞOK AÇIQLAMA -VİDEO

Əməkdar artist Röya Ayxan 162 saylı tam orta məktəbdə özünü öldürən Elina Hacıyeva ilə bağlı paylaşım edib. Müğənni E. Hacıyeva ilə söhbət edən xanım Səba...

ABŞ prezidentinin terrorçu elan etdiyi Sepah - dövlət içində dövlət...

Trampın  "İnqilab Keşikçiləri” qərarı və arxasındakı gizlinlər Xəbər verdiyimiz kimi, aprelin 8-də ABŞ prezidenti İranın İslam İnqilabı Keşikçiləri Korpus...

“Şainçik, danış, mənə pul versinlər...” – Şok video

Növbəti sensasiyaya hazır olun. Amma əvvəlcə kiçik bir haşiyə çıxım. Osmanqızıdan danışacam. Bu adamın yalan danışdığını görmək məndən ötrü çox ağırdır. B...

Deputat Əsabil Qasımovun göz qamaşdıran oteli və başqa mülkləri – FOTOLAR

Avropada yaşayan müstəqil jurnalist Cavanşir Həsənli deputat Əsabil Qasımovun Bakıdakı otelinin və mülklərinin fotolarını paylaşıb.   O bildirib ki, depu...

İntihar edən məktəbli rəfiqəsinin fəryadı: Mənim sevgilim, mənim həyatım... - FOTO VİDEO

İntihar edəndən 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın rəfiqəsi sosial şəbəkələrdə paylaşımı ilə diqqət çəkib. O dünyasını dəyişən rəfiqəsi ilə şəki...