Ziya Hacılı deputatlığa namizəd oldu

Ziya Hacılı deputatlığa namizəd oldu

Fevral ayının 9-na təyin olunmuş növbədənkənar parlament seçkilərinin qızğın mübarizə şəraitində keçəcəyi gözlənilir.
 
Sfera.az-ın məlumatına görə, mübarizənin böyük rəqabətlilik şəraitində keçəcəyi dairələrdən biri də 64 saylı Sabirabad seçki dairəsidir. Belə ki, Hacılı Ziya Cahangirin məhz bu dairədən prosesə qatılacağı bəlli olub. O, hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Ramin Məmmədova rəqib kimi seçkilərə qatılıb.

 

Dosye: Hacılı Ziya Cahangir – 1983-cü ildə Bakıda anadan olub. Əslən Sabirabad rayonun Azadakənd kəndindəndir. Bitərəfdir.


Bakı Dövlət Universitetinin Tarix fakültəsin bitirib. Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarix fakülstəsinin magistraturasını 2016-da fəqrlənmə dilomi ilə bitirib.

2007-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasında kiçik elmi işçi işləyib. 2009-2014-cü illərdə Fövqalada Hallar Nazirliyinin Beynəlxalq Əlaqələr idarəsində baş məsləhətçi, 2014-2018-ci illərdə həmin idarənin rəis müavini vəzifələrində çalışıb.2014-2018-ci illərdə isə Fövqalada Hallar Nazirliyinin Katibliyində rəis müvini çalışıb.Tarix elmləri üzrə fəlsəfə doktorudur. Rus, İngilis dillərini bilir.Hal hazırda "İmprotex İNDS MMC”nin Baş Direktorunun birinci müavinidir.


OXŞAR XƏBƏRLƏR