Zirvə liseyində Məzun günü

Zirvə liseyində Məzun günü
 
Bu gün AAAF yaşayış kompleksinin ərazisində yerləşən Zirvə Liseyində məzun günü keçirilib.

ANN.Az-ın verdiyi xəbərə görə, istər təhsil, istər idman sahəsində şağirdlərinin qazandığı uğurlarla hər zaman seçilən Zirvə Liseyində məzun günü də xüsusi bayram əhval-ruhiyyəsi ilə keçirilib.

Liseyin akt zalında keçirilən Məzun günündə şagirdlər, valideynlər, məktəbin müəllim heyəti və AAAF rəhbərliyi iştirak edib.

Tədbiri giriş sözüylə liseyin direktoru Xəzər Babayev açaraq, liseyi başa vuran XI-ləri təbrik edib, onlara uğur arzulayıb. AAAF-ın prezidenti Tofiq Heydərov da çıxış edərək, şagirdlərə gələck təhsil və karyeralarında uğur arzulayıb.

Sonra bu tədris ilində yerli və beynəlxalq olimpiadalarda, nüfuzlu idman yarışlarında uğur qazanan şagirdlər məktəb rəhbərliyi tərəfindən təltif ediliblər.

Daha sonra liseyi başa vuran XI-lər ədəbi-bədii komazisiya ilə çıxış ediblər.

Liseyin I sinif şagirdləri də ənənəyə uyğun olaraq estafeti qəbul etmiş və hazırladıqları xüsusi nömrələrlə XI-ləri təbrik ediblər.

OXŞAR XƏBƏRLƏR