Zirvə görüşündən öncə Merkel və Makrondan mühüm Türkiyə AÇIQLAMASI: \"Bir-birimizə ehtiyacımız var\"

Zirvə görüşündən öncə Merkel və Makrondan mühüm Türkiyə AÇIQLAMASI: \
Avropa İttifaqı Liderlər Zirvəsi öncəsi Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron bir araya gəlib.
 
Sfera.az bildirir ki, liderlər görüş zamanı Türkiyə və Rusiya ilə münasibətlər məsələsinə toxunub. Merkel çıxışı zamanı Türkiyə ilə fikir ayrılıqlarının mövcud olduğunu, lakin bəzi məsələlərdə dövlətlərin bir-birinə ehtiyac duyduqlarını vurğulayıb. "Məsələn, Liviyanın gələcəyi, Suriya məsələsi və.s” , - deyə Almaniya kansleri əlavə edib.

O həmçinin Rusiyanın Almaniya üçün böyük bir sınaq olduğunu deyib: 

"Bu ölkə həm də Avropa Birliyinin ən böyük qonşularından biridir. Rusiyanın hibrid hücumlarına məruz qalırıq. Lakin AB-nin təhlükəsizliyini təmin etmək istəyiriksə, nə qədər çətin olsa da, Rusiya ilə əlaqələri davam etdirməliyik”.

Fransa prezidenti Emmanuel Makron da Merkellə həmfikir olduğunu ifadə edib. O qeyd edib ki, Türkiyə ilə münasibətlərdə Avropa Birliyi üzvləri olan Yunanıstan və Kipr Respublikasının mövqeləri ilə yanaşı,  AB-nin Şərqi Aralıq dənizi, Liviya və Qafqazdakı strateji mövqeyi də nəzərə alınmalıdır.

Qeyd edək ki, Avropa İttifaqı Liderlər Zirvəsində Türkiyə ilə son zamanlar gərginləşən münasibətlərin müzakirə ediləcəyi gözlənilir. Zirvə 24-25 iyun tarixində baş tutacaq.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İl...

Uşaq ölümlərinin əsas səbəbi AÇIQLANDI - STATİSTİKA

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) uşaq ölümlərinin və yaralanmalarının yarısı partlayıcı maddələrdən qaynaqlandığını açıqlayıb.   ...

Azərbaycan Prezidenti: "Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib"

Dayanıqlı inkişaf və enerji ilə bağlı. Düşünürəm ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsiz...

İlham Əliyev: "Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir"

Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir.   Sfera.az-ın məlumatına görə, bu sözləri P...

Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünəndən etibarən ABŞ-da Azərbaycan rəsmilərinə qarşı sanksiyalar məsələsinin gündəmə gəlməsi içimizdəki satqınların da absurd iddialarına yenidən start vermələ...

Prezident: "Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik"

Hesab edirəm ki, əgər biz Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoysaq və sülh sazişini imzalasaq, bütün söylədikləriniz yaxın zamanlar...