Zıkinanın əşyaları auksiona çıxarılır: Satışda Bakı zərgərlərin hazırladığı boyunbağı da var - FOTO

Zıkinanın əşyaları auksiona çıxarılır: Satışda Bakı zərgərlərin hazırladığı boyunbağı da var - FOTO

Rus mediası dekabrın əvvəlində məşhur sovet müğənnisi Lyudmila Zıkinanın zərgərlik əşyalarını auksiona satışa çıxacağını bildirib.

Zərgərlik əşyalarının alışı-satışı "12-ci kürsü” auksion evi tərəfindən keçiriləcək.

Belə ki, 2009-cu ildə müğənninin ölümündən sonra zərgərlik məmulatları (SSRİ xalq artistinin mirasından qalan bir çox dəyər kimi) itirilmiş hesab edildi.

Sonradan sənətkarın köməkçisi Tatyana Svinkovanın axtarışı zamanı zinət əşyaları tapılaraq istintaq hərəkətlərindən sonra Zikinanın qardaşı oğlu Sergey Zıkinə təhvil verilib.

O isə onları 2012-ci ildə auksiona çıxarıb.

Hərrac evinin mətbuat xidmətindən verilən məlumata görə, müğənninin brilyant və 17 karat sapfir daşlarından ibarət sevimli sırğaları auksiona çıxarılacaq.

İlkin lotun başlanğıc qiyməti bir milyon rubl olacaq.

Kolleksiyaçılar başqa bir nadir əşyaya, Bakı zərgərlarının hazırladığı, Ümümilli Lider Heydər Əliyevin özü (1993-2003-cü illərdə Azərbaycan Prezidenti) tərəfindən Zıkinaya təqdim olunan boyunbağıya da maraq göstərəcəklər.

Boyunbağı ağ və sarı qızıl rəngdədir və 127 təbii almazdan ibarətdir.

İlkin lot bir milyon rubl təklifi ilə başlayacaq.

Auksiona çıxarılanlar arasında "Qar dənəciyi” bir gümüş broş və Zikinanın ən sevdiyi zinət daşı olan "Tovuz quşu" formasında qızıl broşu da var.

Müğənninin zəngin kolleksiyası dəfələrlə iddia edilən varislər arasında mübahisə mövzusuna çevrilib, lakin "12-ci kürsü” auksion evi inandırdığı kimi, bu anda bütün qanuni rəsmiyyətlər həll olunub. (oxu.az)

OXŞAR XƏBƏRLƏR

Oksana Rəsulovanın koronavirusla bağlı səs yazısı yayıldı - VİDEO

"Ehtiyac yaranarsa, könüllü həkim kimi virusla mübarizəyə qoşularam".  Sfera.az Redaktor.az-a istinadla xəbər verir ki, bu sözləri rəqqasə, aktr...

Murad Dadaşov onu da Xəzər TV-yə gətirdi

 "Xəzər" televiziyası tamaşaçıya yaxın günlərdə yeni layihə təqdim edəcək. Sfera.az bildirir ki, sözügedən telekanalın rəhbəri Murad Dadaşov türkiyəl...

Nazəninə AĞIR İTKİ

Tanınmış müğənni Nazəninə ağır itki üz verib. Sfera.az xəbər verir ki, bu gün sənətçinin qardaşı dünyasını dəyişib: "Daha bir qardaşımı itirdim”. ...

“Səndən sonra heç vaxt evlənməyəcəm” — Xərçəngdən əziyyət çəkən aktrisadan kədərli ETİRAF

Əməkdar artist Tünzalə Əliyeva əziyyət çəkdiyi xərçəng xəstəliyindən danışarkən göz yaşlarını saxlaya bilməyib. Sfera.az xəbər verir ki, o, bu barədə ARB...

"Həyat yoldaşım hansısa qadınla yatacaqsa..." - Nura Surinin bu açıqlaması aranı qatdı

Tanınmış müğənni Nura Surinin xəyanətlə bağlı açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Sfera.az xəbər verir ki, k...

Azərbaycanda 50.000 manata toya gedən müğənni kimdir? — FOTO

"Aygün Bəylər son zamanlar el şənliklərində çox iştirak etmir, ancaq toyda yarım saatlıq çıxış üçün 5000 AZN qarşılığında iştirak edir”.   Sfera.az xə...