Üzeyirin sədası bu dəfə Niderlandan gəldi - Millimiz onun mahnısı ilə meydana çıxdı - Video

Üzeyirin sədası bu dəfə Niderlandan gəldi - Millimiz onun mahnısı ilə meydana çıxdı - Video

Qadınlardan ibarət valeybol üzrə yığma komandamızla bağlı maraqlı görüntülər yayılıb.

Sfera.az xəbər verir ki, bu, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri çərçivəsində Bolqarıstana qarşı keçiriləcək oyunundan əvvəl edilən məşq zamanı yaşanıb. 

Belə ki,  idmançılarımız qarşılaşmaya Üzeyir Mehdizadənin "Yaxşı olar" mahnısının sədaları altında hazırlaşıb. Bunu isə tənqidlə qarşılayanlar da olub.  

Xatırladaq ki, Niderlandda keçirilən oyunda millimiz Bolqarıstana 3:1 hesabla məğlub olub. (yeni sabah)



OXŞAR XƏBƏRLƏR