Üzeyir Hacıbəylinin seminariya dostuna etdiyi hədiyyələr Ağcabədidə qorunur - FOTO

Üzeyir Hacıbəylinin seminariya dostuna etdiyi hədiyyələr Ağcabədidə qorunur - FOTO
 

Üzeyir Hacıbəylinin yaxın dostuna hədiyyə etdiyi əşyalar 70 ildir Ağcabədi sakini tərəfindən qorunub-saxlanılır.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Ü.Hacıbəyli dövrünün görkəmli ziyalılarından Mirzə Vəli İsmayılovla yaxın dost olub.

Ü.Hacıbəyli özünə məxsus bir neçə əşyanı – tar, saat və eynəyi yaxın dostuna hədiyə verib. Bu gün də həmin əşyalar İsmayılovlar ailəsi tərəfindən qorunur.

M.V.İsmayılovun qardaşı nəvəsi Aqil İsmayılov bildirib ki, bu dostluğun maraqlı tarixçəsi var. 

Ü.Hacıbəyovun atası Əbdülhüseynin Rəncbərlər kəndi ilə qohumluğu beş yaşlı M.V.İsmayılovun 1890-cı ildə dahi bəstəkarla Şuşa realnı məktəbinə getməsinə səbəb olub. 

Bu məktəbi bitirən dostlar 1900-cü ildə Zаqаfqаziyа Müəllimlər Sеminаriyasına qəbul olmaq üçün Qoriyə yollanıblar. 

Ü.Hacıbəyli seminariyaya həmin il, M.V.İsmayılov isə iki il sonra qəbul olub. 1907-ci ildə seminariyanı bitirən M.V.İsmayılov təyinatla Qubada iki sinifli rus-tatar məktəbinə rus dili müəllimi, üç ildən sonra isə Bakıda realnı məktəbə müəllim təyin edilib. Eyni zamanda, "Kaspi” qəzeti ilə əməkdaşlıq edib. 

M.V.İsmayılov Hacı Zeynalabdin Tağıyevin neft kontorunda rus dili üzrə məktublar şöbəsində mirzə işləyib. 1918-ci ilədək Bakıda yaşayıb işlədikdən sonra Qarabağa qayıdıb, Şuşa və Ağdam İnqilab komitələrində çalışıb, ömrünün sonunadək müəllimlik edib. 1960-cı ildə - 75 yaşında doğma kəndi olan Rəncbərlərdə həyata gözlərini yumub.

A.İsmayılov qeyd edib ki, Ü.Hacıbəyli saatını və eynəyini M.V.İsmayılova hədiyyə edib, onun oğlu Ənvərə tar göndərib. Ü.Hacıbəylinin yadigarı olan bu eynək və tar ailə tərəfindən ən əziz xatirə kimi bu günədək qorunub-saxlanılır. 

İsmayılovlar nəslinin digər nümayəndəsi Rəsul İsmayılov bildirib ki, Ü.Hacıbəyli onlarla əlaqəni heç vaxt kəsməyib: 

"Onlar həmişə bir-birinin evinə gedib-gəliblər. Üzeyir bəyin Mirzə Vəlinin oğlu Ənvər üçün göndərdiyi tarı ən dəyərli xatirə kimi saxlayırıq. Dahi bəstəkarın göndərdiyi tar ailədə musiqiyə maraq oyadıb”.

 


OXŞAR XƏBƏRLƏR

Hər kəsi qorxudan “buzlu şüşə” nədir?

"Pandemiya dönəmində insanların sanki kabusuna çevrilmiş bir termin var – "buzlu şüşə” mənzərəsi. Bəzən bunu "buz kristalı”, "buz parçası” kimi də adlandırırlar...

“Bismillah”kəlməsini sirrini öyrəndiyiniz anda bütün həyatınız yaxşıya doğru dəyişəcək!

"Bismillah"ın insan həyatındakı əhəmiyyətini dərk etmək üçün alimlər belə bir misal çəkmişlər: Məlumdur ki, dünyada hər bir müəssisə öz məhsullarının üzərində x...

Maykl Ceksonun qızı İsa Məsih roluna girdi, xristianlar etiraza qalxdı - Lesbiyan iddiası

Dünya şöhrətli ulduz Maykl Ceksonun qızının İsa rolunda çəkildiyi film xristianları qəzəbləndirib. Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, M...

Nazir müavini yeni partiyasını yarıçılpaq şəkildə elan etdi - VİDEO

 Ötən il vəzifəsindən azad edilən Ukraynanın keçmiş infrastruktur nazirinin Aleksandra Klitina yeni partiya yaradıb. Sfera.az qaynarinfo-ya istinadən...

Bakıda kişi oğurladığı dibçəyi kafeyə geri qaytardı

  Bakıda orta yaşlı kişi bir müddət öncə oğurladığı dibçəyi kafeyə geri qaytarıb.  Sfera.az "Avtosfer.az"a istinadən xəbər verir ki, bununla ba...

İtaliyanın bu kurortunda turistlərə ilginc təklif - PULSUZ EVLƏR

İtaliyadakı kəndlərdən birində turistləri evlərlə pulsuz cəlb etmək qərarına gəliblər. Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, İtaliyanın cən...