Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın \"güllələnmiş heykəllər\"i Şuşaya qaytarıldı - FOTOLAR
12:26 / 15.01.2021
2362
Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb.
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını edib.