“Zevs” kimi tanınan yutuber həbs edildi - VİDEO

“Zevs” kimi tanınan yutuber həbs edildi - VİDEO
Görüşə çağırdığı izləyicisini döyən və bunu lentə alaraq yutub kanalında paylaşan "Zevs” kimi tanınan yutuber Ruslan Quliyev saxlanılıb.

Sfera.az xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Bakı şəhər sakini olan Ruslan Quliyev müəyyən edilərək saxlanılıb: 

"Onun barəsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Məhkəmədə onun xırda xuliqanlıq əməli törətdiyi sübuta yetirilib. Məhkəmənin qərarı ilə Ruslan Quliyev  30 sutka inzibati qaydada həbs edilib".

Qeyd edək ki, yutuber Ruslan Quliyevin yarım milyondan çox izləyicisi olan yutub kanalında "Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Həmin videoda "Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşərək onunla söhbət edib, ondan nəyə görə xoşu gəlmədiyini soruşub. Daha sonra söhbət əsnasında "Zevs” masanın üzərində dəmir qabda olan enerji içkisini izləyicisinin başına çırpıb. Ruslan sonradan videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb.
 


OXŞAR XƏBƏRLƏR

Devid Kemeron qazaxıstanlı həmkarı ilə GÖRÜŞDÜ

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Q...

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal" və "Çelsi" komandaları qarşılaşıb.   Sfera.az bildirir ki, “topçular&rd...

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.   Sfera.az-ın report-a istinadən xəbərinə görə,...

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...