No Image

Zərdüşt Əlizadə: Ramiz Mehdiyevin gücü onun ağlına əsaslanmırdı

Zərdüşt Əlizadə: Ramiz Mehdiyevin gücü onun ağlına əsaslanmırdı

Azərbaycanda daxili siyasi vəziyyət maraqlı bir ssenari üzrə inkişaf edir. Ölkədə bir vaxtlar qüdrət sahibi olan Ramiz Mehdiyevə qarşı mediada hücumlar səngimir. Məlum olduğu kimi, bu hücum, Mehdiyevin bir çox məmurun iştirakı ilə, karantin dövründə bağ evində nəvəsinə toy etməsindən sonra başladı.

 

AYNA-nın mövzu ətrafında suallarını politoloq Zərdüşt Əlizadə cavablandırıb:


 

- Zərdüşt bəy, Ramiz Mehdiyevin nəvəsinin toyuna bu qədər sərt reaksiya verilməsinin səbəbi nədir? Bu, bir vaxtlar Prezident Administrasiyasının güclü rəhbərinin təsirinin başa çatması deməkdirmi?


 

- Dediyiniz güc və təsir Mehdiyevin ağlına və ya əxlaqi keyfiyyətlərinə əsaslanmırdı. Onun gücü tutduğu dövlət vəzifəsinə bağlı idi. Prezident Administrasiyasının rəhbəri qərar qəbul etmək, kadr toplamaq və ölkənin ideologiyasını müəyyənləşdirmək üçün çox vacib bir vəzifədir. Əlavə olaraq, Prezidenti özünə uyğun olan istiqamətdə yönəldə bilərdi. İndi Ramiz Mehdiyev bütün bu imkanları itirdi və AMEA-nın prezidenti oldu. Azərbaycan cəmiyyəti və dövlətinin, sözün birbaşa mənasında elmə ehtiyacı yoxdur, çünki tədqiqat mərkəzləri sənayemiz yoxdur və ümumiyyətlə, qərarlarımız ayrı-ayrı şəxslərin istəyi ilə verilir.

 

Bu səbəbdən Elmlər Akademiyasının heç bir şeyə təsiri yoxdur və bu qurum ancaq Sovet keçmişinə bir xatirə olaraq qaldı. Buna görə də, indi Ramiz Mehdiyev praktik olaraq heç kimdir, vəzifədən gedəndə ona Heydər Əliyev ordeni verdilər və yaxşı maaşla prestijli bir yerə qoydular, baxmayaraq ki, bu maaşa ehtiyac duymur, çünki işlədiyi vaxtlarda çoxlu pullar oğurlayıb. İri biznes şəbəkəsinə malikdir. Ölkənin böyük siyasətindəki rolu sona çatdı, baxmayaraq ki, bəzi rəsmi şəxslərlə qeyri-rəsmi əlaqələri var və bu gün "Naxçıvan klanı”nın qeyri-rəsmi lideridir. İndi biz onun bu əlaqələrinin necə kəsildiyini və onu təcrid etməyə çalışılmasının şahidiyik. Baş verən son hadisələrin kökündə bu durur.

 

Zərdüşt Əlizadə: "Müxalifət guruldayır, amma "yağa” bilmir”


 

- Mehdiyevin təsiri zəiflədikdən sonra hansı klan mövqeyini gücləndirə bildi?

 

 

 

- İndi Prezidentin özünün təsiri çox artdı və bu da təbii olaraq ailəsinə də şamil edilir. Onlar həmişə güclü idilər, lakin ortada Ramiz Mehdiyev və onun "Naxçıvan klanı" faktoru da vardı. İndi güclərindən daha geniş şəkildə istifadə etməyə başladılar. Lakin eyni zamanda, bu güc də sərhədsiz deyil. Azərbaycan məmurları və ya deyək ki, bürokratiyası sıx birləşmiş bir təbəqədir və iqtisadi-siyasi maraqlarını necə müdafiə etmək lazım olduğunu yaxşı bilir. Əslində, bu bürokratiya hakim elita üçün bir maneədir. Səlahiyyətli orqanların şəxsi maraqlarını pozmaması onlar üçün vacibdir. Məsələn, ölkədə verilən müəyyən iqtisadi qərarlar bütün bürokratik təbəqənin maraqları nəzərə alınmaqla qəbul edilir.


 

- Bəzi mütəxəssislər Mehdiyevin mövqeyinin zəifləməsini Moskvanın Bakıdakı mövqeyinin zəifləməsi ilə əlaqələndirirlər. Bu, nə dərəcədə doğrudur?


 

- Ondan başlayaq ki, Rusiyanın zəifləməsi tarixi bir prosesdir, bunun heç kimlə, xüsusən də Mehdiyevlə əlaqəsi yoxdur. Qorbaçovun hakimiyyətə gəldiyi andan etibarən SSRİ zəifləməyə başladı, sonra da Rusiyanın özü. Postsovet məkanında Moskvanın mövqeləri zəifləyir və Azərbaycan da bu baxımdan istisna deyil. Yəni bu, bütöv bir tarixi prosesdir. Ramiz Mehdiyevin Rusiya ilə sıx əlaqədə olması bir həqiqətdir, amma Prezident İlham Əliyevin özü də Moskva ilə kifayət qədər sıx əlaqələrə malikdir.

 

Bir çox vacib məsələlərdə, xüsusilə təhlükəsizlik, geosiyasi və digər məsələlərdə Azərbaycan Kremlin və Putinin maraqlarını nəzərə almağa davam edir. Buna görə Moskvanın Azərbaycandakı təsiri hələ də böyükdür. Həmişə demişəm ki, Azərbaycan və Ermənistanın "münaqişə qəfəsində” oturduğunu və bu qəfəsin açarlarının Kremldə olduğunu unutmamalıyıq. Belə bir şəraitdə bu ölkələrin müstəqillik dərəcəsi şərti və məhduddur. İndi bu qəfəsdə oturub qışqıra, söyə, tüpürə bilərsən, ancaq Rusiya orada olanların bu qəfəsdən çıxa bilməyəcəklərindən arxayındır. Buna görə də, Rusiyada bəzən bu ölkələrin manevrlərinə əhəmiyyət vermirlər.


 

Türkiyəyə və bu ölkənin Azərbaycandakı mümkün hərbi bazalarına gələk. Birincisi, hələ faktiki olaraq hərbi baza yoxdur. Toy olmamış eyforiyaya düşüb uşağın doğulmasına sevinməyə ehtiyac yoxdur. İkincisi, ağlı başında olan bir şəxs, Türkiyənin nüvə silahlı Rusiya ilə hərbi münaqişəyə girəcəyi bir vəziyyəti necə təsəvvür edə bilər? Ümumiyyətlə, bu, rasionaldırmı? Türkiyə cəmiyyəti Prezidentinin belə bir macəraya getməsinə icazə verəcəkmi? Bəli, Türkiyə Qarabağ münaqişəsində oynayaraq Azərbaycana təsirini artırmağa çalışa bilər.

 

Yeri gəlmişkən, bu, baş verir - biz Ankaranın Bakıdakı nüfuzunun getdikcə artdığını görürük. Burada qeyd etmək lazımdır ki, Azərbaycan rəhbərliyinin özü, Qarabağ münaqişəsinin həllində Türkiyənin rolunun artmasını arzulayan kütlənin istəklərini gözardı etmir. Amma əslində, münaqişə həll olunmur. Bunu yalnız bir halda həll etmək olardı - Azərbaycan və Ermənistan xalqlarına bu münaqişəni özlərinin həll etməsinə imkan verilsə. Türkiyənin münaqişənin həllində əhəmiyyətli bir rol oynamaq niyyətində olduğuna qayıdaraq demək lazımdır ki, bir vaxtlar həm Fransa, həm də Amerika Birləşmiş Ştatları da əhəmiyyətli bir rol oynamaq istəyirdi, amma əslində, bu məsələdən iqtisadi mənfəətlərini aldılar və indi Türkiyə də bu addımı atmaq istəyir.


 

- Rusiyada yaşayan azərbaycanlı böyük biznes adamları Azərbaycanın daxili siyasətində ciddi bir amil ola bilərmi?


 

- Heç vaxt. Bu, istisna olunur. Rusiyanın işgüzar elitası, xüsusən də etnik azlıqlardan, xaricilərdən ibarət olan hissəsi, hökumətdən 100% asılıdır: sola-sağa istənilən razılaşdırılmamış addıma görə ciddi şəkildə cəzalandırılacaqlar və bütün sərvətlərindən məhrum olacaqlar. Bunun sadalamağa dəyməyən bir çox nümunəsi var. Rus biznes elitası yaxşı bilir ki, bütün bu sərvəti bu hökumətə sədaqətləri sayəsində əldə ediblər. Bu səbəbdən nə Vahid Ələkbərov, nə Araz Ağalarov, nə də azərbaycanəsilli zənginlərin heç biri Azərbaycanda Kremlin icazəsi olmadan hansısa siyasi oyun oynamağa cəsarət edəcək. Kremlin indi onları Azərbaycandakı hakimiyyətə qarşı təhrik etmək üçün bir səbəbi də yoxdur.


OXŞAR XƏBƏRLƏR

Könül Nurullayeva: Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq

 İşğalçı ölkənin iyul ayında dövlət sərhədində hərbi təxribat törətməsinin əsas səbəbi Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatından sonra Paşinyan hak...

Prezident Neftçilər Günü münasibətilə “Facebook” səhifəsində paylaşım etdi - FOTO

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Facebook” səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib. Sfera.az xəbər verir ki, payla...

Bu gün Azərbaycanda 146 nəfər COVID-19-a yoluxdu, 1 nəfər öldü

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...

Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr - SİYAHI

 Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Sfera.az xəbər verir ki, rəsmi rəqəmlərə əsasən ən çox yoluxma 55,9 faizlə...

Azərbaycanda yeni partiya yaradıldı

Sfera.az-ın əldə etdiyi məlumata görə Azərbaycanda yeni partiyanın -  "Vətən Naminə Birlik Partiyası”nın təşəbbüs qrupunun toplantısı olub.   Emin B...

Zelinskinin Bakı ilə bağlı qərarı… - Politoloq

 Rəsmi Kiyev birmənalı olaraq öz mövqeyini bildirdi. "Ukraynanın milli təhlükəsizliyinin strategiyasında” Azərbaycanın strateji tərəfdaş dövlət siyahısına ...