Zərbə dronu hazırlaya bilməyən ermənilərin puç olmuş xəyalları

Zərbə dronu hazırlaya bilməyən ermənilərin puç olmuş xəyalları
"Mənbələr göstərir ki, Ermənistan uzun müddət müasir dronları və  zərbə dronlarını, hərbi sursat daşıya bilər dronları istehsal etməyə cəhdlər edib, lakin həmişə uğursuz alınıb".
 
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. 

Onun sözlərinə görə, erməni və rus mənbələri bildirir ki, Ermənistan 2010-cu ildən kiçik qabaritli Krunk (Durna) seriyalı dronlar buraxmağa başlayıb: 

"Bu layihə əvvəllər, 2006-cı ildə startap səviyyəsində olub, sonradan erməni hökuməti tərəfindən dəstəklənib və layihənin gələcək işləri  Ermənistan Hərbi-Aviasiya İnstitutuna tapşırılıb. Sonralar Rabitə vasitələri üzrə İrəvan Elmi Tədqiqat İnstitutu da bu işə qatılıb. Dron ilk dəfə 2010-cu ildə sərgidə təqdim edilib. İstehsal üçün zəruri olan texnologiyaların çox hissəsi xaricdən alınıb. Taktki-texniki, orta sinif dronlar hesab olunur. Yalnız kəşfiyyat-müşahidə vəzifəsini yerinə yetirib. İndiyədək cəmi iki modeli hazırlanıb.

Krunk 25-1 havada 4 saat qala bilir və təxminən 4 000 m hündürlükdə, 150 km radiusda  işləyə bilir. Əsas hərbi vəzifəsi yerdəki hərbi obyektlərin kordinatlarını müəyyən edilməsi və idarəetmə mərkəzinə öürülməsidir. Çəkisi 60 kq-dır və yerdən , maşında quraşdırılan baza stansiyasından idarə olunur. Bir stansiya 3 dronu idarə edə bilir. Krunk 25-2 daha aşağı parametrlərə sahibdir. 
 
Ermənistanın digər dronu "Base" daha aşağı sinfə - mini dronlara aiddir. Çəkisi 5 kq, 30 km radiusda, təxminən 2500 m hündürlükdə 1 saat işləyə bilir, sürət 100 km/s -dır. Uzunluğu cəmi 2.8 m-dir. Video formatda informasiyanı 30 km-dən ötürə bilir.

O.Gündüz qeyd edir ki, ermənilər zərbə dronları hazırlaya bilmir:

"2014-cü ildə Ermənistan dron istehsalını modernləşdirməyə cəhdlər edib. Rusların texnologiyası ilə БЛА X-55 və digər bir –iki modellər hazırlanır. Lakin modenləşmə uğursuz olur. Zərbə dronları hazırlaya bilmirlər. Bundan sonra Ermənistanın hər hansı yeni model dron istehsalı haqqında məlumat açıqlanmayıb.

Erməni mənbələrindən görünür ki, onlar 2014-2020- ci illər ərzində zərbə dronlarının, hərbi sursat daşıya bilən müasir dronların əldə edilməsinə və istehsalına dəfələrlə cəhdlər ediblər. 

Hətta erməni mənbələrinə görə, 2011-ci ildə ermənilər tərəfindən vurulduğu bildirilən, İsrail istehsalı olan Hermes dronunun qalıqlarını bir – iki il ərzində araşdırıblar, böyük əziyyətlə modelini yaradıblar ki, bəlkə yenidən istehsal edə bilərlər,  lakin bu cəhdlər də uğursuz olub.

Döyüşlərdə ermənilərin məişətdə, toylarda istifadə edilən 4 pərli drona hərbi sursat əlavə edərək də istifadə etməsi müşahidə olunub.

Son dövrlərdə ermənilərin  Rusiyadan  kəşfiyyat xarakterli «Орлан-10Е  müşahidə-kəşfiyyat dronları aldığı haqqında məlumatlar yayılıb. Bu dronların hansısa üstün keyfiyyətlər malik olması haqqında məlumatlar olmayıb.

Ekspert erməni mətbuatında oxuduqlarına istinad edərək deyir ki, Ermənistan gələn ilin büdcəsində Müdafiə sənayesi qurumu üçün büdcədən 20 milyon dollar vəsait nəzərdə tutub.

"Düşünürəm ki, Ermənistan büdcəsi üçün bu az rəqəm deyil. Görünür, Rusiya belə müasir dronlara malik olmadığından, Ermənistan bu tip dronların istehsalını yaratmaq cəhdlərindən əl çəkməyəcək", - deyə O.Gündüz qeyd edib. 

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR