No Image
No Image

“Zəngilanın azad olunmasına görə” medalı kimlərə veriləcək?

“Zəngilanın azad olunmasına görə” medalı kimlərə veriləcək?
Prezident İlham Əliyev "Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.

Sfera.az-ın məlumatına görə, "Zəngilanın azad olunmasına görə” medalı ilə Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

"Zəngilanın azad olunmasına görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Füzulinin azad olunmasına görə” medalından sonra taxılır.

"Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca "ZƏNGİLAN”, aşağı qövs boyunca "20 OKTYABR 2020” sözləri yazılmışdır. "20 OKTYABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. "ZƏNGİLAN” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca "ZƏNGİLANIN AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Xırdalanda dağıntılar altında qalaraq həlak olan qadının - FOTOSU

Abşeron rayonu XIrdalan şəhərində baş vermiş partlayış zamanı dağılmış evlərin altında qalan şəxslərin xilasetmə işləri davam etdirilir. Sfera.az-ın məlum...

İcra başçısından partlayışla bağlı açıqlama - VİDEO

Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində baş vermiş partlayışla əlaqədar yaxınlıqda yerləşən binalara da ziyan dəyib. Həmin binalarda yaşay...

Dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı

Xırdalandakı partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb. Bu barədə Sfera.a...

Putin: “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm”

Rusiya lideri Vladimir Putin universitet tələbələri ilə onlayn-söhbət zamanı fəaliyyət sahəsi kimi şərabçılıqla maraqlandığını, prezident karyerası başa çatdıqd...

Hikmət Hacıyev “Atlantic Council” xəbər agentliyinə müsahibə verdi - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Atlantic Council" xəbər agentliyinə ...

İşğaldan azad olunmuş ərazilərin topoqrafik xəritələri hazırlanır

"Hazırda işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın layihələndirmə ehtiyaclarının təmin olunması üçün topoqrafik xəritələrin hazırlanması işlərinə başlanıl...