Zəngilanın azad edilməsi Azərbaycana bu iqtisadi üstünlükləri verir – Ekspert açıqladı

Zəngilanın azad edilməsi Azərbaycana bu iqtisadi üstünlükləri verir – Ekspert açıqladı

Azərbaycanın Zəngilanın rayonunun işğaldan azad edilməsi ölkənin mineral resurs istehsalını və ixracını artıracaq.


Bunu Sfera.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.


Onun sözlərinə görə, Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir.



"Rəsmi hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad olunan və davam edən iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır. Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün unikal imkanlara sahibdir. Tranzit nöqteyi-nəzərdən, rayonun xüsusi özəlliyi var ki, İran islam Respublikası ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər”,- deyə N. Hacızadə qeyd edib.


Mərkəzin departament rəhbəri əlavə edib ki, Kəlbəcər-Laçın iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağı, ehtiyatları 6 618 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6 024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28 943 min kubmetr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1 102 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17 367 min kubmetr olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur.


Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR