"Ağıllı kənd” layihəsində işlər sürətlə davam edir - FOTO

"Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd” layihəsində işlər sürətlə davam edir".

Sfera.az bildirir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, "Ağıllı kənd” layihəsinin təməlini aprelin 26-da Prezident İlham Əliyev qoyub. Layihə çərçivəsində ərazidə ilk olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub: "Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Həmin 200 evin 60-dan çoxunun bünövrəsi qoyulub və bir neçə ikimərtəbəli, eləcə də birmərtəbəli evlərin artıq bir sıra ön işləri yekunlaşıb. Bir neçə evdə isə daxili təmir işlərinə başlanılıb. Bütün bunlarla paralel bir sıra sosial obyektlərin, kənd üzrə inzibati binaların, o cümlədən İcra nümayəndəliyinin binasının, xəstəxana və məktəb binalarının təməli qoyulub. Qeyd edim ki, bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək".

Əkbər Abbasov qeyd edib ki, növbəti mərhələlərdə ağıllı kənd təsərrüfatı sistemi də yaradılacaq: "Bu sistem müasir texnalogiyalar əsasında qurulmuş bağ, tarla və fermaları özündə birləşdirir. Ağıllı təsərrüfatlar kəndlərdə meyvə-tərəvəz, ət və süd məhsullarının istehsalını artırmağa, eləcə də emal prosesini müasir tələblərə uyğun qurmağa imkan yaradır.

Kənd təsərrüfatı ilə bağlı işlər palanlama mərhələsindədir. Sakinlərlə sorğular da aparılıb və kənd təsərrüfatının müxtəlif sahələrinə, əhalinin bacarıqlarına, eləcə də Zəngilanın coğrafi mövqeyinə uyğun olaraq dünyada ən son hansı texnalogiyalar və "Ağıllı kənd" sistemləri varsa, onların hamısı burada tətbiq olunacaq.



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...