"Ağıllı kənd” layihəsində işlər sürətlə davam edir - FOTO

"Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd” layihəsində işlər sürətlə davam edir".

Sfera.az bildirir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, "Ağıllı kənd” layihəsinin təməlini aprelin 26-da Prezident İlham Əliyev qoyub. Layihə çərçivəsində ərazidə ilk olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub: "Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Həmin 200 evin 60-dan çoxunun bünövrəsi qoyulub və bir neçə ikimərtəbəli, eləcə də birmərtəbəli evlərin artıq bir sıra ön işləri yekunlaşıb. Bir neçə evdə isə daxili təmir işlərinə başlanılıb. Bütün bunlarla paralel bir sıra sosial obyektlərin, kənd üzrə inzibati binaların, o cümlədən İcra nümayəndəliyinin binasının, xəstəxana və məktəb binalarının təməli qoyulub. Qeyd edim ki, bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək".

Əkbər Abbasov qeyd edib ki, növbəti mərhələlərdə ağıllı kənd təsərrüfatı sistemi də yaradılacaq: "Bu sistem müasir texnalogiyalar əsasında qurulmuş bağ, tarla və fermaları özündə birləşdirir. Ağıllı təsərrüfatlar kəndlərdə meyvə-tərəvəz, ət və süd məhsullarının istehsalını artırmağa, eləcə də emal prosesini müasir tələblərə uyğun qurmağa imkan yaradır.

Kənd təsərrüfatı ilə bağlı işlər palanlama mərhələsindədir. Sakinlərlə sorğular da aparılıb və kənd təsərrüfatının müxtəlif sahələrinə, əhalinin bacarıqlarına, eləcə də Zəngilanın coğrafi mövqeyinə uyğun olaraq dünyada ən son hansı texnalogiyalar və "Ağıllı kənd" sistemləri varsa, onların hamısı burada tətbiq olunacaq.


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Daha 44 qaziyə avtomobil təqdim olundu - FOTOLAR

27 sentyabr – Anım günündə Vətən müharibəsində 44 gün ərzində aparılmış uğurlu hərbi əməliyyatların iştirakçılarına – qazilərə Əmək və Əhalinin Sosial Müdafiəsi...

Türkiyə MN: "Azərbaycanlı qardaşlarımıza "xoş gəldiniz" deyirik"

"Azərbaycanlı qardaşlarımıza "xoş gəldiniz" deyirik". Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində yazılıb. "...

Tanınmış teleaparıcı dövlət qurumundakı vəzifədən ayrıldı - FOTO

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov tutduğu vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, bununla bağlı C.Səfərov öz...

"Ağıllı kənd” layihəsində işlər sürətlə davam edir - FOTO

"Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd” layihəsində işlər sürətlə davam edir". Sfera.az bildirir ki, bu sözləri Kən...

Falçının oğurluq etdiyi ev Vətən müharibəsi şəhidinin imiş... - VİDEO

Xəbər verdiyimiz kimi, ötən ay Qusarda fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın saxlanılıb. Sfera.az-ın məlumatına görə, dələduz...

Türkiyə 12 yaşlı uşağı xilas edən azərbaycanlı həkimdən danışır - VİDEO

Türkiyənin Yalova şəhərində 12 yaşlı Həmzə Dağın həyatını xilas edən azərbaycanlı həkim Sərxan Həsənov ölkə gündəminə çevrilib. Sfera.az Türkiyə mediasına...