Zəngilanda ucaldılan bayrağımız hansı dövlət binasının qarşısında dalğalanır?
Cəmiyyət
00:00 / 22.10.2020
3023
20 oktyabr tarixində Zəngilan şəhərinin işğaldan azad olunduğu bildirildi.
Sfera.az xəbər verir ki, dərhal ölkə başçısı İlham Əliyev Zəngilanı işğaldan azad edən hərbçilərimizin videosunu "Twitter” hesabında paylaşdı.
Həmin videoda bir dövlət binasının qarşısında Azərbaycan bayrağının dalğalandığını görürük.
Bəs həmin obyekt hansı dövlət idarəsinin binasıdır?
Məlumata görə, bu, Zəngilan şəhər prokurorluğunun binasıdır.///Oxu.az