No Image
No Image

Zəngilanda iki xüsusi təbiət ərazisi yerləşir - ETSN

Zəngilanda iki xüsusi təbiət ərazisi yerləşir - ETSN
Zəngilan rayonu ərazisində iki xüsusi mühafizə olunan təbiət ərazisi yerləşir.

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib. O qeyd edib ki, həmin əazilərdən biri Bəsitçay Dövlət Təbiət Qoruğu, digər isə Arazboyu Dövlət Təbiət Yasaqlığıdır: "Bəsitçay Dövlət Təbiət Qoruğunun ümumi sahəsi 107 hektardır. Qoruq 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu ərazi unikal ekosisteminə görə fərqlənir. Bura təbii halda Şərq çinarlarının bitdiyi ən böyük ərazidir. Bu ərazinin 100 hektarı Şərq çinarları, qalan ərazi isə qarışıq meşəlikdir".

Nazirlik rəsmisi deyib ki, qoruğun vadisində Bəsitçay çayı axır. Çay öz mənsəbini Zəngəzur silsilənsindən alır və 15 kilometr qoruğun ərazisindən keçir. Şərq çinarı meşəliyi də qoruğun vadisində yerləşir. İlkin monitorinqlərə görə, işğal dövründə erməni vandalizmi nəticəsində 42,8 ha meşə sahəsi məhv edilib".

A.Səmədova qeyd edib ki, Arazboyu Dövlət Təbiət Yasaqlığı 2200 kvadratmetr ərazini əhatə edir: "Zəngilanın işğalından bir neçə ay əvvəl yaradılmış təbiət yasaqlığıdır. Yaradılmasında məqsəd Arazboyu Tuqay meşələrinin qorunması olub. Təəssüf ki, mənfur düşmən tərəfindən Araz çayının məcrası dəyişdirilib. Hazırda olan məlumata görə, həmin ərazidə 1500 hektaradək Tuqay meşələrinin məhv edildiyi məlumdur".

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əks istiqamətdə hərəkət edən sürücü cərimələndi - VİDEO

İki gün əvvəl, paytaxtın Nərimanov rayonu ərazisində əks istiqamətdə avtomobili park edərək qaydaları pozan sürücünün videogörüntüsünü yayılıb. Sfera.az A...

Ağstafada şəhidin son arzusu yerinə yetirilib – FOTO

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Rüfət Məmmədlinin son arzusu yerinə yetirilib. Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, şəhidin...

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2414 yeni yoluxma faktı qeydə alınıb, 1695 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər v...

Bakıda restoranda toy edən 40 nəfər cərimələndi - FOTO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Balaxanı qəsəbəsində yerləşən "Zəfər Qalası” restoranında sanitar-gigiyena və karant...

Özbəkistan Qarabağda bir məktəbi bərpa edəcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr aktiv şəkildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa edilməsində iştirak edəcəklər. S...

Çayxanada şənlik təşkil edənlər cərimələndi - FOTOLAR

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı rayonun Topçu kəndində yerləşən çayxanada insanların kütləvi iştirakı ilə şənlik təşkil ...