Zəngəzur dəhlizi Naxçıvanın inkişafına mühüm töhfə olacaq - Deputat
15:28 / 04.03.2021
1024
"Zəngəzur dəhlizinin istifadəyə verilməsi
praktik olaraq, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirir”.
Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin
deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir:
"Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi
vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb
nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli
olacaq. Dəhliz həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş
adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın
qurulması baxımından vacibdir.
Bu da qısa vaxtda məhsulların nəql edilməsinə
imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan
Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq”.
Deputat vurğulayıb ki, Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar
Respublikası və Türkiyə ilə əlaqələri güclənəcək:
Günay
Sfera.az