“Zəngəzur dəhlizi” məsələsi həllini tapıb - Ərdoğan

“Zəngəzur dəhlizi” məsələsi həllini tapıb - Ərdoğan

"Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilib. Qardaşım İlham Əliyev mənə görüşün çox məhsuldar keçdiyini dedi”.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
 

Ərdoğan deyib ki, Soçidə keçirilən üçtərəfli görüş nəticəsinədə "Zəngəzur dəhlizi” məsələsi də həllini tapıb:

"Bu görüşdə Araz çayı boyunca dəmir yolu və avtomobil yollarının çəkilməsi məsələsi həll olunub”.

Türkiyə Prezidenti onu da əlavə edib ki, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək dəmir yolu və avtomobil yolları Iğdırla əlaqəni də təmin edəcək.

"Nəticədə həm quru, həm də dəmir yolu ilə insanların və yüklərin daşınmasında mühüm addım atılacaq”.

Ərdoğan "3+3" formatına da toxunub:

"Biz əvvəldən "3+3" platformasını gündəmə gətirmişik. Bu platformanın Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və qəbul ediləcəyi təqdirdə Gürcüstanla aktivləşməsi regional sülhü açıq şəkildə sübut edəcək. Bu istiqamətdə müsbət irəliləyişlərin olduğunu bilirik”.


Ərdoğan deyib ki, Türkiyə regionda sülh naminə Rusiya və Ukrayna arasında vasitəçi olmağa hazırdır.

 
"Regionda sülhün tərəfdarıyıq. Biz dəfələrlə bu mövzunu dost Rusiya və xüsusilə cənab Putinlə müzakirə etmişik. Vasitəçi olaraq Ukrayna və Putinlə danışıqlar aparmağa hazırıq. Tərəflər istərsə, bu problemin həllində iştirak etmək istəyərdik”.


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...