\"Zəngəzur dəhlizi indi bizim nəzarətimiz altındadır\"

\
"Sərhədlərimiz bərpa olundu. Bütün sərhədlərimizə biz artıq özümüz nəzarət edirik".

Bunu  açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Ermənistan ərzisindən keçən müxtəlif dərəcəli bəzi əhəmiyyətli yollar da hərbi nöqteyi nəzərdən demək olar ki, artıq Azərbaycanın nəzarəti altındadır:

"İndi bir Laçın dəhlizi qalıb ki, orada sülhməramlılar dayanır. Amma o da bizim sərhədlərimiz daxilindədir, bizim tabeçiliyimizə qayıtdı. Çünki bütün hallarda burada da nəzarət funksiyalarını Azərbaycan sərhədçiləri həyata keçirəcəklər. Bu, çox böyük əhəmiyyətə malik olan bir hadisədir. Çünki biz həmişə deyirik ki, bizim sərhədlərimiz pozulub. Təqribən 500 km-ə qədər Azərbaycan Dövlət sərhəddinə indiyə qədər Azərbaycan tərəfindən nəzarət edilmirdi. Bu, böyük rəqəmdir. Bu 500 km-in 132 km-i öncə Azərbaycan-İran sərhəddindən bərpa edilmişdi, qalanları isə digər ərazilərimizin işğaldan azad edilməsi ilə qaytarıldı.
Azərbaycan artıq geosiyasi, geostrateji baxımdan və hərbi strateji baxımdan öz vəziyyətini möhkəmləndirib. Bu sərhədlər adi sərhədlər deyil. Baxın, Gorus istiqamətində və yaxud Zəngəzur istiqamətində olan sərhədlərimizi götürsək, onlara nəzarət ümumiyyətlə Zəngəzuru bizə nəzarətdə saxlamağa imkan verir. Zəngəzur dəhlizi indi ümumiyyətlə bizim nəzarətimiz altındadır. Bu, böyük bir hərbi-siyasi üstünlükdür.

Son vaxtların məlumatlarında qeyd edilir ki, ermənilər Gorus ərazisində aeroport tikiblər. O aeroportun bir hissəsi ümumiyyətlə Azərbaycan tərəfinə düşür. Ermənistan tərəfindən müxtəlif dərəcəli əhəmiyyətli yollar keçir ki, o yollar Ermənistanın mərkəzini Mehri, Gorus və Azərbaycanla sərhədə yaxın digər məntəqələrlə birləşdirir. Bu yollar hərbi nöqteyi nəzərdən demək olar ki, Azərbaycanın nəzarəti altındadır. Düzdür, biz heç kəsin ərazisinə göz dikməmişik, niyyətimiz də yoxdur. Amma bu amil bizə imkan verir ki, öz təhlükəsizliyimizi daha effektli qoruyaq. Çünki biz bilirik ki, düşmənin məkrli planları indi də var, həmişə olacaq. Onların təxribatçı əməllərinin qarşısını almaq üçün bu nəzarətin əhəmiyyəti çox yüksəkdir.
Laçın rayonu çox vacib rayondur. 1800 km/kv-dən çox ərazini əhatə edir. Eyni zamanda orada Qarabağ Ovalığı var. Qarabağ Ovalığı böyük bir coğrafi yerdir. onun şimal hissəsi Kəlbəcər rayonunun payına düşür, cənub hissəsi isə Laçının payına düşür. Beləliklə, biz bütün ovalığı, böyük bir coğrafi ərazini geri qaytarmış olduq. Ora istər zəngin təbiəti ilə, istərsə də faydalı qazıntıları ilə bol olan bir yerdir. Bu ərazilərin əhəmiyyətini biz hələ bundan sonra dərk edəcəyik. Çünki insanlarımız öz yurdlarına qayıdandan sonra, sərvətlərimizə tam yiyə durandan sonra, inkişaf prosesi gedəndən sonra biz görəcəyik ki, hansı sərvətə malikik və hansı sərvəti geri qaytarmışıq".
(milli.az)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...