“Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə olunub” - Açıqlama

“Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə olunub” - Açıqlama
Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar. Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki,  Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq.
 
Ölkə başçısının bu sözlərindən aydın olur ki, təkcə işağaldan azad edilən ərazilər bərpa edimir, eyni zamanda da Zəngəzur dəhlizinin açılması ilə bağlı əsaslı işlər görülür.

Məsələ ilə bağlı Sfera.az açıqlama verən  siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Soçi görüşünün gündəmi, Paşinyanın Moskvaya dəvət edilməsi, ardınca Azərbaycandan Naxçıvana nəqliyyat əlaqəsinə razı olduqları haqda açıqlaması prosesin aktivləşdiyini deməyə əsas verir:

"Azərbaycan öz sərhədlərinə düşən hissədə,  Zəngilana qədər olan ərazidə bərpa işlərini həyata keçirir. İşlərin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Lakin dəhlizin Ermənistan ərazisindən keçən hissəsində inşa işlərinin nə vaxt başlanacağı sualı hələ də açıq qalır. 
 
Bu ilin aprelində Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Naxçıvanı Azərbaycana birləşdirəcək avtomobil yolunun tikintisinin getdiyi, işin ilin sonunda yekunlaşacağı, ardınca dəmir yolunun inşasına başlanacağına dair açıqlama vermişdi. Hərçənd Ermənistan ərazisinə düşən hissədə hansısa inşa işlərinin getdiyinə dair məlumat yoxdur.

Bakının cari hədəfi dəhlizin Ermənistan ərazisindən inşasına başlamaqdır və istisna deyil ki, təmaslarda tikinti işlərinə başlamaqla bağlı razılıq əldə olunub”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...

Milli Məclisin iclası başlayıb - GÜNDƏLİK

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələ daxil edilib. ...

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...