"Zəngəzur dəhlizi açılmamışdan əvvəl təxribatlar bitəcək, sülh sazişi imzalanacaq" - Polkovniklə MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi artıq bir neçə gündür ki, Ermənistan qüvvələri müxtəlif çaplı silahlardan hərbi bölmələrimizə atəş açmaqla, vəziyyəti gərgin tutmaqda davam edir.

Sfera.az-ın sərhəd və sərhədboyu ərazilərdə baş verən təxribatlarla əlaqədər suallarını ehtiyatda olan polkovnik Şair Ramaldanov cavablandırıb:

- Şair bəy, Ermənistan tərəfinin Kəlbəcəri hədəf alması, sərhədboyu ərazilərdə təxribat törətməsi nəyə istiqamətlənib?

- Ermənilərin sərhədboyu təxribat törətməsində təəccüblü hal yoxdur, çünki biz hələ də onlarla müharibə şəraitindəyik və sülh müqaviləsi bağlanmayıb. 30 ildir ki, biz atəşkəs rejimində yaşayırdıq, lakin buna əməl edən yox idi. Dövlət sərhəddində belə hal olarsa, buna beynəlxalq müstəvidə yanaşma olmalıdır. Ermənistanın sərhədlərinə zəmanəti Rusiya verir. Yəni Rusiya hansısa üçüncü dövlətin Ermənistanın sərhədinə hücum edecəyi halda onların tərəfindən çıxış edəcək. Azərbaycan işğaldan azad olunan ərazilərdə öz sərhədlərini qurmaqdadır. 1976-cı ildə təsdiq olunmuş coğrafi xəritə artıq qurulmaqdadır. Hazırda Ermənistanda hökumət tam oturuşmayıb və çox zəifdir. Onların təsərrüfat qurduğu yerdə indi Azərbaycan müəyyən işlər görür ki, bu da orada gərginliyin artmasına səbəb olur. 

- İddia olunur ki, erməni qüvvələri tərəfindən təxribat törədilməsi Paşinyan hökumətinin şəxsi istəyinə bağlı məsələ deyil. Bütün bu halların ayrı-ayrı diversant qrupların istəyi ilə həyata keçirildiyi bildirilir. Sizcə vəziyyət doğurdan da belədirmi?

- Məntiqlə ordu dövlətə tabedir və əmrə əsasən ordu bir nöqtədə dayanmalıdır. Lakin Ermənistan variantında belə deyil. İndi orada hər şey bir-birinə qarışıb. Hakimiyyətsizliyin olduğu bir ölkədə müəyyən qüvvələr öz təxribat fəaliyyətini davam etdirir. Onu da deyim ki, Ermənistan hakimiyyəti də bizim dövlət sərhəddi qurma istəyimizə qarşıdır. Onlar istəyir ki, bu məsələyə Rusiyanın Təhlükəsizlik Şurasına üzv olan ölkələrin diqqətini cəlb etsinlər. Artıq müəyyən mənada buna nail olublar. Məsələn, Rusiya sərhədlərin delimitasiyası mövzusunda vasitəçi kimi çıxış edir. 

- Sülh sazişi imzalanarsa, sakitlik tamamilə bərqərar ola bilər?

- Əlbəttə ki, biz sakitliyə nail ola biləcəyik. Dövlət sərhəddimiz tam qurulduqdan sonra bu kimi hallar olmayacaq. Azərbaycan adekvat cavab açaraq qarşı tərəfi susdurmağa naildir. Azərbaycan əsgəri indi qələbə ruhlu əsgərdir. Biz bilirik ki, Ermənistan muzdlu əsgər gətirib müharibədə onlardan istifadə edirdi. İndi də belə şəxslər onların arasında çoxdur və həmin insanlar təxribata şərait yaradır. Lakin heç kim Azərbaycana öz sərhəddini qurmağa mane ola bilməz. Biz bu işi yekunlaşdıracağıq.

- Yaxın zaman ərzində Paşinyanın sülh sazişinə imza atması real görünürmü?

- Bəli, düşünürəm ki, yaxın vaxtlar ərzində Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq. Çünki hazırda sürətlə Zəngəzur istiqamətində logistik yolları açırıq, Füzulidə aeroport fəaliyyətə başlayacaq. Bütün bu işlər Zəngəzur dəhlizinin açılmasına istiqamətlənib. Ermənistan tərəfi sülh sazişini imzalamasa, Zəngəzur dəhlizi açıla bilməz. Zəngəzur dəhlizinin açılmasına isə Azərbaycandan əlavə Rusiya, Çin, Türkiyə kimi ölkələr maraqlıdır. Bu baxımdan dəhlizin açılmasından az əvvəl, yəni sözügedən məsələ gündəmə gələn kimi sülh sazişi də imzalanacaq.  

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...