Zenfira İbrahimova izləyicilərinə qarğış edib, hədələdi

Zenfira İbrahimova izləyicilərinə qarğış edib, hədələdi
"Nankor, qəddar insanlar var... Ürəkbulandıran məxluqlar, sizədir sözüm! Heç vaxt heç kimə qarğış etməmişəm amma ana mövzüsunda gözüm balamı da görməz, bilin! Allaha tapşırıram sizi, dırnaqarası insancıqlar, əzizləriniz ölsə, görüm siz hansı hissləri keçirdəcəkdiniz? Görüm sizə heç kəfən qismət olacaq?".
 
 
Sfera.az xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl koronovirusdan anasını itirən müğənni Zenfira İbrahimova yazıb. Sənətçi onun sözlərini məzxərəyə qoyanlara qarğış edib:

"Ay arsızlar, durub dünyadan köçən insanın arxasınca danışırsız, mənim sözümü məzxərəyə qoyursunuz ki, nə bilirsən Anan cənnətdədir? Deyim sizə niyə bilirəm. Kaş mənim anam kimi sizin ananız öz zəhməti ilə bir otağda müharibənin qızğın vaxtında, dünyanın alt-üst olduğu vaxtda 3 övladı tək başına böyüdə. Nə zülmnən boya başa çatdırıb, balalarına xidmət edib, geyinməyib, sizin ananız kimi bəzənməyib, xoş gün görməyib və kiməsə əyilməyib.
Alın təri ilə zəhmət ilə böyüdüb bizləri məyər belə insanın yeri cənnət olmaz? Niyə mühakimə etmədən öncə özünüzə, öz nəslinizə çönüb baxmırsız. Bəlkə, içim rahatlanır anam cənnətdədir deyəndə, hə?

Mən anamla nəfəs almışam, anamı bu soyuq silahla itirmişəm. Sizin görüm əzizlərinizin başına gəlsin. Məni qınayanlar, əzizləriniz mənim çəkdiyimi çəksin!

And olsun Allaha kimliyindən asılı olmayaraq hansısa bir səhifədə artıq söz görsəm, o insanı tapmasam, mən adımı dəyişərəm. Sizi Allaha tapşırıram! Özü mühakimə edəcək onsuz. Dünyasını dəyişən insanın arxasınca danışırsızsa, geniniz xarabdır, siz insan ola bilmərsiniz.

Yaram təzədir, mənimlə işiniz olmasın. Bu dünyada və axirətdə kül olasınız inşallah. Səviyyəsizlər nəslindən xəbəri olmuyan binamuslar".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Gələcəkdə uşağı söyərlər deyə adımı qoymaq istəmirdim” – Cavanşir Məmmədov

"Uşağa da mənim adımı qoyublar”. Sfera.az xəbər verir ki, "ARB” televiziyasında yayımlanan "Xəbər-ətər” verlişinin qonağı olan Cavanşir Məmmədov nəvə...

Nəfəsdən şok açıqlama: Atam 15 yaşında məni ərə verdi - VİDEO

15 yaşında ailə həyatı quran müğənni Nəfəs evliliyinə görə atasını günahlandırıb. Sfera.az xəbər verir ki, ATV televiziyasında yayımlanan "Zaurla Günaydın...

"İlk görüşdə aşiq olduq" - Cazibədar aktrisadan etiraflar

Türkiyəli aktrisa Pınar Deniz eşq həyatı ilə bağlı detalları açıqlayıb.   Sfera.az bildirir ki, "Aşkın Kıyameti” filmindəki tərəf müqabili Yiğit Kirazcı ...

Gülşən konsertə geyimi ilə damğa vurdu - FOTOLAR

Son zamanlar iddialı geyimləri ilə diqqət çəkən türkiyəli müğənni Gülşən yenə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir ki, 45 yaşlı ifaçı ötən ax...

Nahidə Babaşlıdan "Altın kelebek"lə bağlı açıqlama

"Haradan başlayıb, harada bitirəcəyimi bilmədim. Təşəkkürlərim və heç dayanmayan gözyaşlarımla başlayıram". Sfera.az xəbər verir ki, bu sözləri müğən...

"Altın Kelebek" gecəsində mükafat alan Hadisə sevgilisinə jest etdi - FOTOLAR

Türkiyənin nüfuzlu "Altın Kelebek” mərasimində "Ən yaxşı qadın ifaçı” mükafatına layiq görülən Hadisə sevgilisinə jest edib.   Sfera.az bildirir ki, uzun...