Zəncəfil və limon diyeti

Zəncəfil və limon diyeti

Zəncəfil və limon dietası çox təsirli bir kilo vermək üsuludur. Zəncəfil  tənəffüs yollarını yumşaltması və xüsusilə də qrip kimi xəstəlikləri müalicə etməsi səbəbi ilə çox faydalı bir bitkidir. Zəncəfillə hazırlanan çaya limon əlavə olunmasının səbəbi isə limonun yağ əridici xüsusiyyətə sahib olmasıdır. Yalnız içdiyiniz suya belə bir neçə damla limon sıxılması normalda yeməklərdən alacağınız kalorini  azaldır.

Lazım olanlar:

  • 1 litr qqaynadılmış su
  • 1 x/qaşığı zəncəfil
  • 3-4 damla limon suyu

Zəncəfil və Limon çayının hazırlanması

Qaynadılmış bir litr suya bir şorba qaşığı zəncəfil əlavə olunur. Bu qarışıq ən çox iki dəqiqə qaynadılır. Buradakı iki dəqiqə detalı çox əhəmiyyətlidir. Çünki zəncəfil çayının  lazım olandan çox qaynayarsa, tərkibindəki  faydalı mineralların itirilməsi deməkdir. Eyni zamanda acılaşaraq çayın dadı dəyişər. Zəncəfil çayı hazır olanda (2 dəqiqə qaynadıqdan sonra) ocağı söndürüb 3-4 damla limon suyunu əlavə edin.

Zəncəfil və limon ilə hazırlanan çay gün içində və yeməklərdən əvvəl içilməlidir. Bundan əlavə  gün ərzində bu qarışımdan əlavə olaraq zəncəfil və ya  limon çayı içə bilərsiniz. Bir gün içində istənilən miqdarda istehlak edilə bilər. Əgər dadından çox razı qalmadınızsa, yarım stəkan və ya bir fincan kimi ölçüdə də  içə bilərsiniz. Əhəmiyyətli olan bu çayın gün ərzində müəyyən müddətlərdə içilməsidir.

Zəncəfil və limon çayına istənildiyi qədər davam edilə bilər. İstər ideal kiloya enənə qədər ya da yemək yeyərkən həddindən artıq yediyinizi düşünürsünüzsə,  bu çayı içdikdə yaşadığınız peşmanlığı kalori hesabı olaraq azalda bilərsiniz.


OXŞAR XƏBƏRLƏR