Zelinskinin Bakı ilə bağlı qərarı… - Politoloq

Zelinskinin Bakı ilə bağlı qərarı… - Politoloq
 Rəsmi Kiyev birmənalı olaraq öz mövqeyini bildirdi. "Ukraynanın milli təhlükəsizliyinin strategiyasında” Azərbaycanın strateji tərəfdaş dövlət siyahısına salınması ölkəmizin regionda diplomatik nüfuzu və etibarlı tərəfdaş bir ölkə olduğunu bir daha sübut edir.

Bu sözləri axar.az-a politoloq İlqar Vəlizadə Ukrayna Prezidenti Vladimir Zelinskinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 14 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənən "Ukraynanın milli təhlükəsizliyinin strategiyası”nda Azərbaycanın "strateji tərəfdaş dövlət” siyahısına salınması haqda danışarkən deyib.

O bildirib ki, Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq əslində, bir neçə il əvvəl imzalanıb:

"Lakin Ukraynanın daxili problemləri səbəbindən bu əməkdaşlıq istənilən nəticələri vermirdi. Görünür, Zelenski Azərbaycanı da strateji tərəfdaş dövlət siyahısına salaraq, bir necə il öncə imzalanan strateji tərafdaşlığı inkişaf etdirmək istəyir. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Vladimir Zelenski Cənubi Qafqaz ölkələri içərisində yalnız Azərbaycana rəsmi səfər edib. Azərbaycanla Ermənistan arasındakı sərhəddə insidentdən sonra rəsmi Kiyev birmənalı şəkildə Azərbaycana dəstək verib, işğalı pisləyib və bəyanatlarda BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı 4 qətnaməsini xatırladıb.

Ümumiyyətlə, deyə bilərik ki, bu gün Ukrayna və Azərbaycan arasında ikitərəfli münasibətlər uğurla inkişaf etməkdədir. Hər iki ölkə bu gün beynəlxalq təşkilatlarda bir-birinin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Digər tərəfdən, ölkələrimiz arasında uğurlu iqtisadi əməkdaşlıq aparılır. Onu da qeyd edim ki, Qara dənizdə karbohidrogen yataqların kəşf edilməsi Ukraynanın da bu sahəyə olan marağını xeyli artırıb. Bu məsələdə isə 100 ildən artıq bir təcrübəyə malik Azərbaycandan yaxşı tərəfdaş ola bilməz”.

OXŞAR XƏBƏRLƏR

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...