Zelenski Putinə vədini yerinə yetirdi

Zelenski Putinə vədini yerinə yetirdi
Ukrayna Prezidenti Vladimir Zelenski vədinə əməl edərək, rusiyalı həmkarı Vladimir Putinin ruslarla ukraynalıların vəhdətinə dair məqaləsinə cavabını yayımlayıb.

Sfera.az-ın məlumatına görə, bu barədə Ukrayna liderinin rəsmi Telegram kanalında məlumat verilib.

Zelenski Rusiyanın Vəftiz Gününə həsr olunmuş video təbrik yayımlayıb. O, sözügedən video müraciətdə Kiyev Rusiyasını Ukrayna tarixinin anası, Ukraynanın və Krımın 24 bölgəsini isə onun doğma  övladları və varisləri adlandırıb. Onun fikrincə, bu mövqenin heç bir təsdiqə ehtiyacı yoxdur. 

"Bunu tarixi traktatlar, əsərlər, məqalələrlə sübut etməyə ehtiyacımız yoxdur. Çünki bizim dəlillərimiz kağız üzərində deyil, onlar metal və daşlara həkk olunub. Bu dəlillər əfsanə və əsatirlərdə deyil, şəhərlərimizdə və küçələrimizdədir”, - deyə Zelenski qeyd edib. 

Xatırladaq ki, iyulun 2-də Kremlin veb saytında Rusiya prezidentinin əsasən  postsovet məkanında Ukrayna milli şüurunun formalaşması məsələlərindən və ərazi problemlərindən danışan "Ruslarla ukraynalıların tarixi birliyi haqqında" başlıqlı məqaləsi dərc edilmişdi. O zaman Zelenski sözügedən məqaləni təqdir edərək, tezliklə ona cavab verəcəyinə söz vermişdi. Həmçinin məqalənin bəzi müddəalarını üz-üzə görüşdə  müzakirə etmək istədiyini də əlavə etmişdi.

Selcan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıda narkokuryerdən 5 kq narkotik götürüldü

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub. Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə...

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Respublika Pediatriya Mərkəzi yaradıldı

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.   Sfera.az Report-a istinadən xəbər verir ki, ...