Zelenski: \"Nə vaxta qədər kandarda gözləyəcəyik?\"
13:37 / 16.04.2021
1108
Zelenski Ukraynanı təcili olaraq AB və NATO-ya qəbul etməyə çağırıb.
Sfera.az-ın məlumatına görə, Ukrayna lideri
Vladimir Zelenski NATO və Avropa Birliyini respublikasını təcili öz üzvlüyünə qəbul
etməyə çağırıb.
"Biz sonsuzadək AB və NATO-nun kandarında
qala bilmərik",- deyə Ukrayna prezidenti "Le Fiqaro” qəzetinə bildirib.
Hər iki qurum həqiqətən Ukraynanı "Avropa
ailəsinin üzvü" kimi qəbul edirsə,
təcili danışıqlardan qərarlara keçməlidirlər. Zelenski Fransa Prezidenti
Emmanuel Makronun "Putinlə daha yaxşı münasibətdə” olmasından təəssüflənir.
Danışıqların "Normandiya formatı”nı isə
Zelenski dayandırılmış proses kimi qiymətləndirib və əlavə edib ki, Makron bu
danışıqları süni nəfəs verməklə yaşada bilər.
Selcan
Sfera.az