Zelenski ilə Bakıya gələn azərbaycanlı (FOTOLAR)

Zelenski ilə Bakıya gələn azərbaycanlı (FOTOLAR)
Ukrayna Prezidenti Vladimir Zelenskinin səfəri çərçivəsində Bakıda təşkil olunmuş Azərbaycan-Ukrayna biznes forumunda iki ölkə arasında iqtisadi-ticari əlaqələrin müzakirəsinə xüsusi önəm verildiyi bir daha özünü göstərdi. 

Müzakirələrdən də göründü ki, hər iki ölkə tərəfindən qarşılıqlı ticarətin təşviqi üçün çox önəmli addımlar atılacaq, sərmayə qoyuluşu məsələlərində yeni mərhələyə start veriləcək. 
 
Ölkəmizdə investisiya iqliminin çox müsbət olması və qoyulan sərmayələrin həcmi Prezident İlham Əliyev tərəfindən bir daha ukraynalı iş adamlarının diqqətinə çatdırıldı, onların ölkəmizə investisiya yatırmaları üçün yaxşı imkanların mövcudluğu vurğulandı. 

Biznes forumunda Ukraynadan 90-dan çox şirkət, Azərbaycandan isə 100-dən artıq şirkət təmsil olunurdu.

 Bu forumda Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri, "A A” şirkətlər qrupunun prezidenti Əli Əliyev də Ukraynada yaşayan azərbaycanlı iş adamı olaraq iştirak edib. Əli Əliyevin rəhbərlik etdiyi qurumun təşəbbüs və dəstəyi ilə Ukraynada görülən quruculuq-abadlıq işləri, reallaşan bir sıra layihələrin səsi-sorağı əlbəttə ki, hər zaman öz doğma yurdunda da eşidilir. 

Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyi zaman-zaman Ukraynanın müxtəlif bölgələrində sosial layihələrə investisiyalar qoyur, tarix şəhərlərin bərpasında yaxından iştirak edir. 

Həmyerlimizin dəstəyi ilə bu yaxınlarda Ukraynanın Vinnitsa şəhərində təmənnasız olaraq uşaq bağçası kompleksi tikilərək istifadəyə verilib. Əlbəttə, dünyanın bütün ölkələrində belə azərbaycanlı iş adamlarının sayının çox olması, yaşadıqları regionun tanınmış simalarına çevrilməsi bizim üçün qürurvericidir.

OXŞAR XƏBƏRLƏR

İqtisadçı professor Azərbaycanı Sinqapurla müqayisə etdi... - ACI REALLIQ

 Sinqapur - dünyanın ən kicik- cırtdan dövlətlərindən biri, Bakının Qaradağ rayonunun ərazisinin 70%-i qədər kiçicik ərazidə yerləşən, heç bir təbii resurs...

Azərbaycan nefti ucuzlaşıb

  Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb. Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,84 ABŞ dolları və ya 1...

AZAL-dakı milyard manatlıq maxinasiyalar... - ŞOK FAKTLAR

 Koronavrus pandemiyası təkcə insanların immunitetini yox, həm də ölkələrin iqtisadi dayanıqlığını sınağa çəkdi. Bu sınaqdan az itki ilə çıxmaq üçün Azərba...

Avqustun 10-da dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 10.08.2020-ci il ta...

Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit

COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına ziyanlı təsirlərinin minimallaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirlərində Azərbaycan Beynə...

Azərbaycan nefti ucuzlaşıb

  Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,70 ABŞ dolları, yaxud 1,48% azalıb. ...