Zelenski 3 nəfəri vətəndaşlıqdan çıxardı - Biri ermənidir

Zelenski 3 nəfəri vətəndaşlıqdan çıxardı - Biri ermənidir
Ukrayna Prezidenti Vladimir Zelenski üç nəfərin Ukrayna vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzalayıb.

Sfera.az xəbər verir ki, bu barədə "RBC” Ukrayna Prezident Ofisindəki mənbələrə istinadən məlumat verib.

"Qərar verildi. Sonra sənədlər Milli Təhlükəsizlik və Müdafiə Şurasına, Xarici İşlər Nazirliyinə, Miqrasiya Xidmətinə göndərildi”,- deyə məlumatda qeyd olunub.

Sözügedən 3 şəxsin Ukrayna vətəndaşlığından məhrum olmaları digər dövlətlərin vətəndaşlığına sahib olmaları ilə əlaqədardır: Vadim Alperin (İsrail vətəndaşlığı), Arayik Amirhanyan (Ermənistan vətəndaşı) və Aleksandr Yerimiçuk (Rumıniya vətəndaşı).

Onlardan ikisinin qaçaqmalçılıqda təqsirləndirildiyi vurğulanıb.

Qeyd edək ki, 2 apreldə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkədəki 10 əsas qaçaqmalçıya qarşı şəxsi sanksiyaların tətbiq olunmasına qərar verib.

MTMŞ-in qərarı barədə danışan Zelenski Ukrayna tarixində ilk dəfə olaraq şəxsi sanksiyaların tətbiq olunduğunu bildirib.

Bununla yanaşı, MTMŞ-in qərarına əsasən, 79 şirkətə də sanksiya tətbiq edilib. // "Qafqazinfo"

OXŞAR XƏBƏRLƏR

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...