Özəl məktəblər pandemiya dövründə pul tələb edə bilməz - Şagirdlərin sənədləri girov saxlanır

Özəl məktəblər pandemiya dövründə pul tələb edə bilməz - Şagirdlərin sənədləri girov saxlanır

Pandemiya dönəmində özəl məktəblərin fəaliyyəti, təhsil və ödəniş məsələləri ilə bağlı dəfələrlə araşdırma aparan Sfera.az bu dəfə sözügedən mövzu ilə bağlı təhsil üzrə tanınmış ekspert Kamran Əsədovun fikirlərini öyrənib.

 

Kamran Əsədovla söhbəti təqdim edirik:


- 1 illik tədris müddətinin 34 həftə olması, mart ayının 3-dən isə dərslərin keçirilməməsi sübut edir ki, özəl məktəblər bu dərs ilində sadəcə 21 həftə tədris etdi. Qalan 13 həftə tədris edilmədi. Belə olan halda özəl məktəblərin 100% təhsil haqqı tələb etmək ixtiyarı varmı?


- Qeyd edim ki, maliyyələşmənin iki mexanizmi var. Özəl tədris müəssisələri təhsil alanlardan daxil olan vəsaitlər hesabına fəaliyyət göstərirlər. Bu aspektdən yanaşsaq, əgər özəl təhsil müəssisələri həqiqətən bütün əməkdaşlarının əmək haqlarını tam şəkildə ödəyirlərsə, valideynlərdən təhsil haqlarını tələb etməyə məcburdurlar. Amma təhsil haqqı təkcə keçilən dərslərə hesablanmayıb, burda maliyyəyə təsir edən digər amillər də var. Musalçün, yemək və servis xərcləri. Təəssüflər olsun ki, hazırda özəl təhsil müəssisələri valideynlərdən yemək və nəqliyyat xərclərini də tələb edir. Bu tamamilə əsassızdır.

 

- Bəzi özəl məktəblər guya onlayn təhsil verməsi səbəbilə 100% təhsil haqqı tələb edir. Onlayn təhsilin maddi qarşılığı Azərbaycan qanunvericiliyində təsbit edilibmi?


- Doğrudur. Əksər təhsil müəssisələri bildirir ki, biz təhsili onlayn qaydada həyata keçirmişik. Amma onlayn təhsil haqqı ilə ənənəvi formatda olan təhsil haqları eyni deyil. Onlayn tədris prosesində təkcə təhsil verən deyil, təhsil alan da xərc çəkir. İnternetin, işığın aylıq haqqını ödəyir, əgər bir ailədə 2-3 uşaq təhsil alırsa, valideyn onların hər birinə ayrıca kompüter, planşet, telefon almaq məcburiyyətində qalır. Yəni, həm təhsil haqqı, həm də digər resursların haqqını ödəməli olur.

 

Digər tərəfdən, heç də hər kəs sadaladığım imkanlara malik deyil. Yəni hər kəsin telefon, planşet, kompüter almaq imkanı yoxdur. Belə olduğu halda, təbii ki, təhsil müəssisəsi tərəfindən keyfiyyətli xidmətdən söhbət belə gedə bilməz.

 

BMT və UNİSEF özlərinin rəsmi hesabatlarında qeyd ediblər ki, pandemiya dönəmində onlayn qaydada tədris edilən mövzular şagird və tələbələr tərəfindən tam şəkildə mənimsənilmir, daha doğrusu, mənimsəmə faizi və keyfiyyəti sıfıra bərabərdir. Bundan əlavə, özəl təhsil müəssisələri onlayn xidmət göstərdiklərini qeyd etsə də, bunu təsdiq edən sənəd yoxdur, onların yalnız ənənəvi təhsil vermək öhdəliyi var. Odur ki, movcud vəziyyətdə özəl təhsil müəssisələri öhdələrinə düşən vəzifələri yerinə yetirmədiklərinə görə, təhsil haqqı tələb etməməlidirlər, buna heç hüquqları da çatmır.

 

- Məktəbin mühasibatlığı şəffafdırsa, demək məktəb dövlətin pandemiya dövrü sahibkarlara verdiyi dəstəkdən faydalanıb. Belə olan halda valideynlərdən pul tələb etmək nə dərəcədə qanunidir? Axı valideynlər də işsiz qalıb. Bu vəziyyətdə ödənişlər necə olmalıdır?


- Mart-aprel aylarında dövlət öz büdcəsindən pandemiyadan zərər çəkmiş təhsil müəssisələrinə həm ödədikləri vergiləri, həm də müəssisə əməkdaşlarının əmək haqlarını tam şəkildə ödəyib. Təbii ki, bu pandemiya dönəmində özəl təhsil müəssisələri üzərlərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməyib. Bu üzdən 100% təhsil haqqı tələb edilməsi yolverlməzdir.

 

Amma məsələnin başqa bir tərəfi də var. Əgər özəl təhsil müəssisələri valideynlərlə ümumi razılığa gəlsə, valideynlər bu ilin 100% təhsil haqqını, gələn tədris ilində isə yalnız 50 % -ni ödəyə bilərlər. Təəssüf ki, özəl təhsil müəssisələrindən belə bir təşəbbüs yoxdur.

 

Bizə daxil olan məlumatlara görə, valideynlərdən təhsil haqqını bank kartlarına köçürmək tələb olunur. Bu da həmin təhsil müəssisəsinin mühasibatlığının şəffaf olmadığının göstəricisidir. Təhsil haqqı heç bir halda şəxsi kartlara köçürülə bilməz. Təhsil haqqı yalnız təhsil müəssisəsinin rəsmi bank hesabına ödənilməlidir. Çünki mühasibatlıq məhz mərkəzləşdirilmiş qaydada həyata keçirilir və şəxsi hesablara, şəxsi kartlara vəsaitlərin ödənilməsi qanuna ziddir.

 

- Valideyn uşağını özəl məktəbdən dövlət məktəbinə keçirmək istədikdə təhsil haqqını bəhanə edən bəzi özəl məktəblər şagirdlərin sənədini vermir. Məktəbin uşağı girov saxlamağa ixtiyarı var?


- Xeyr, Azərbaycan Respublikasının Kontitusiyasında vətəndaşın təhsil almaq hüququ ilə bağlı müddəalar var. Həmin müddəalara və orta ümumtəhsil məktəblərinin nizamnaməsinə görə, məktəb seçimi valideynin və şagirdin hüququdur, bu hüquq heç bir formada, heç bir halda məhdudlaşdırıla bilməz. Bir daha deyirəm, təhsil almaq və təhsil müəssisəsini seçmək hər bir kəsin hüququdur, yalnız məhkəmə bu hüququ məhdudlaşdıra bilər. Təhsil haqqı ödənilmədiyi halda borc kimi müqavilədə qeyd olunur. Əgər valideyn övladını təhsil müəssisəsindən çıxarmaq istəyirsə, borca görə şagirdin orda saxlanılması yolverilməzdir.

 

- Əgər şagird mart ayının 3-dən dərsə getməyibsə, məşğələ və sosial fəaliyyət olmayıbsa, məktəbdə nahar etməyibsə, hansı ödənişdən söhbət gedə bilər?


- Hər bir təhsil alan məktəbə daxil olduqdan sonra onunla xidməti müqavilə imzalayırlar. Sözü gedən müqavilə ənənəvi və normal qaydada, sinif otaqları və auditoriyalarda keçilən dərslərə, ümumi qaydada göstərilən xidmətlərə aiddir. Buna görə də təhsil müəssisəsi müqavilədə göstərilən şərtlərə əməl etmədiyi halda, təhsil alandan haqq tələb etmək hüququ ola bilməz.

 

 

- Qanunu ən çox pozan məktəblər arasında "Hədəf” liseyi, "İdrak” liseyi və digərlərinin adları çəkilir. Bəs sizə bu barədə məlumatlardaxil olur?


- Təəssüf ki, bu gün Azərbaycanda özəl liseylərlə bağlı daxil olan müraciətlərin sayı kifayət qədər çoxdur. Həmin təhsil müəssisələri pandemiya öncəsi ölkə üçün kifayət qədər iş görüb, amma pandemiya dönəmində əfsus ki, biz bu müsbət tendensiyanı görə bilmirik.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...