Zəfər savaşı ilə eyni gündə fəaliyyətə başlayan Bizim.Media – 1 ilin XÜLASƏSİ

Zəfər savaşı ilə eyni gündə fəaliyyətə başlayan Bizim.Media – 1 ilin XÜLASƏSİ
Düzü, analitik və informativ saytın fəaliyyətə başlaması sentyabrın 27-nə planlaşdırılmırdı.

Sadəcə, II Qarabağ müharibəsinin başlaması informasiya savaşının da gücləndirilməli olduğunu zəruri edirdi. 

Mövcud vəziyyətlə bağlı internetdən VPN ilə istifadə məhdudiyyətlərinə baxmayaraq Bizim.Media fəaliyyətə başladı və qısa zamanda geniş oxucu kütləsi toplaya bildik. 

Müasir trendləri əsas tutaraq ənənəvi medianın sosial mediaya transferinin təmin etmək, tele-radio elementlərini və digər texniki yenlikləri sayt üzərindən həyata keçirməklə daha əlçatımlı olmaq kimi bir vəzifəni də qarşımıza qoyduq. 

Ən əlçatmaz yerlərdən reportajlar, ekslüziv açıqlamalar, kreativ yanaşlmalarla gündəmi formalaşdırmaq bacarığını özündə əks etdirmək Bizim.Medianın əsas istiqaməti oldu. 

İlklərə son örnək kimi, Prezidentin "Vardenis yox, Basarkeçər” açıqlamasından sonra sosial şəbəkələri bəzəyən "Sünik yox, Zəngəzur” tipli Bizim.Media təşəbbüsləri, Mədəniyyət nazirliyi ilə yeni mədəni layihənin işlənməsi, təhsildə rus dili məsələsinin doğru məcraya yönəldilməsi kimi çalışmalar oxucularımız tərəfindən təqdir edilib. Fəaliyyətmiz təkcə jurnalistikaya deyil, dövlətə və maarifçiliyə də xidmət etməkdir.

Bizim.Media mətbuatda istinad mədəniyyətini qorumağın tərəfdarıdır və bəlkə də belə müsbət işin populyarlaşmasının ilk səbəbkarlarındandır. 
Öz işimizə II Qarabağ savaşının başlaması ilə start verdik deyə mübarizə əzmi o qədər ki, "newsroom”da ən çox eşidilən səs klaviaturanın düymələrinin basılmasıdır. Çalışanlar arasında uzun illər mətbuat və teleradio təcrübəsi görmüş jurnalistlər var. 

Biz sizin nə önünüzdə, nə də arxanızda olmağı seçdik, bir sizinlə bərabər yürümək üçün bu yola çıxdıq. Gəlin, daha böyük zəfərlərə doğru birlikdə yürüyək! Ona görə də biz elə sizi də təbrik edirik, əziz oxucularımız, sizli-bizli 1 yaşımız mübarək!

P.S. Sentyabrın 27-də fəaliyyətə başlamağımızın 1 yaşı tamam olsa da, daha çox Zəfər Savaşının bir illiyinə sevinir və Anım Günündə şəhidlərimizin əziz xatirəsini anmağa üstünlük verdik.

Bundan sonrakı hər gün bizim üçün bayram idi, çünki hər gün düşmən tapdağında olan bir parçamız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun rəşadəti ilə öz azadlığına qovuşurdu.  
 
(bizim.media)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...