No Image
No Image

Zəfər Məmmədov: “200 manat cərimə ödəməklə 11 nəfər məsuliyyətli vətəndaşın...“

Zəfər Məmmədov: “200 manat cərimə ödəməklə 11 nəfər məsuliyyətli vətəndaşın...“
 Dünyanı ağuşuna alan COVİD-19 pandemiyası artıq aylardır ki, səhiyyə sistemini, bazar iqtisadiyyatını və digər bu kimi sahələri təhlükdə saxlamaqdadır. Problemin həlli ilə bağlı dünya miqyası səviyyəsində işlər görülsə də hələ ki, konkret nəticə əldə olunmayıb. Elə ölkəmizdə də bir çox dövlət qurumları tərəfindən bununla bağlı müxtəlif fikirlər səsləndirilir. 

Bu dəfəki müsahibimiz "Zaferoğlu İnşaat" şirkətinin rəhbəri, sahibkar Zəfər Məmmədov da məlum vəziyyətlə bağlı fikirlərini bölüşüb. İqtisadiyyat.az saytı sahibkarla müsahibəni təqdim edir:

 - Salam, Zəfər bəy. Karantin dövründə istər iş, istər xeyriyyəçilik fəaliyyətinizlə bağlı insanların rəğbətini, etimadını qazanmısınız. Bu dəfə məlum pandemiya dövrü ilə bağlı danışaq:

- Hər şeydən əvvəl qeyd edim ki, bu məsələlərə mənim baxışım bir az fərqlidir. Bura daxildir sərt karantin rejiminin tətbiqi, bu çərçivədə müəyyən olunmuş qadağalar, əhalinin sosial rifahı və.s. Pandemiya yayılan kimi, postsovet respublikaları sırasında sərhədləri bağlayan, zəruri tədbirlər görən ilk respublikalardan biri biz olduq. Ölkə rəhbərinin göstərişi ilə bu addımlar atıldı və nəticələr də əldə olunmuşdu.Lakin, təssüflər olsun ki, həmin dövrlərdə vətəndaşlar koronavirusaqeyri-ciddi yanaşaraq, məsuliyyətsizliyə yol verdilər. Bu da nəticəsi.

- Koronavirusun ölkəmizdə bu səviyyədə yayılmasında günahkar vətəndaşlardır?

Təbii ki, virusun yayılmasının tək səbabkarı vətəndaşlar deyil. Məsələn, Operativ Qərargah tərəfindən verilən bəzi uyğunsuz qərarlar virusun artmasına gətirib, çıxardı. 

Mən düşünmürəm ki, pandemiya ilə mübarizəyə yalnız polis və tibb işçiləri cəlb olunmalıdır. Mübarizənin düzgün aparılması üçün sistemləşmiş proqram yaradılmalı və buraya bütün dövlət və özəl sektor təşkilatları cəlb edilməlidir. 

İnsanların daha çox yoluxduğu bəzi yerlərə xüsusi diqqət ayrılmalıdır. Məsələn, liftlər, pilləkən tutacaqları bir sıra ümumi istifadə məkanları .Axı nə üçün bu liftlərin məcburi dezinfeksiyası həyata keçirilmir? Bu çox ciddi məsələdir. Daha sonra tibbi maskalar niyə pulsuz paylanılmır? Bunun maya dəyəri cəmi bir neçə qəpikdir. 

Hər kəsə gündə 1, lap 2 tibbi maska hesabı ilə günə 60 qəpik, yəni ayda 18 manat pul verilməsitəmin oluna bilər. Mən hələ tibbi maskanın maya dəyəri ilə deyil, satış qiyməti ilə hesabladım. Cərimələr də öz yerində qalsın.Beləliklə, maska taxmayan bir nəfər məsuliyyətsiz vətəndaş 200 manat cərimə ödəməklə 11 nəfər məsuliyyətli vətəndaşın bir aylıq tibbi maska xərcini ödəmiş olacaq. Şübhəsiz ki, o zaman hər kəs tibbi maska taxacaq. Bununla da "maskam yoxdur, pulum yoxdur” kimi, bəhanələrə də yer qalmaz.

 - Bunun effektivliyinə nə qədər inanırsız? 

Mümkün olmayan şey yoxdur və hələ gec deyil. Anlaşılan odur ki, bu virus hələ uzun müddət dünyada davam edəcək. Effekti də mütləq olacaq. Sadəcə olaraq, bunu düzgün təşkil edib,nəzarətdə saxlamaq lazımdır. 

Bundan əlavə dezinfeksiya məhsullarının istifadəsi tam təmin olunmalıdır. Aztəminatlı ailələrspirt və ya hansısa dezinfeksiya məhsulunu alıb,istifadə etməkdə maddi çətinlik çəkir. 

- Xəstəliklə bağlı görülən tədbirlər, ambulator müalicələr qane edicidir?

Son zamanlar sosial şəbəkələrdə xəstəliyi nisbətən yüngül keçirən şəxslərin evdə müalicəsi haqqında çox qeyd edilir. Vətəndaşlar dərmanın çatışmamasından, tibbi ləvazimarların olmamasından, təcili yardımın gəlməməsindən şikayətlənirlər. Hətta vəziyyət o yerə çatıb ki, bəzi tibb işçiləri belə üsyan edir, zəruri tibbi ləvazimatların çatışmazlığından, yoluxmalardan, baxımsız qalmalarından şikayətlənirlər. Bu problem öz həllini tapmalıdır.

Məsələn, mən təklif edirəm ki, evdə müalicə olunan xəstələrin ümumi vəziyyəti üçün yerli icra hakimiyyəti orqanları da nəzarət etsın. Çünki, çağırışlar çoxdur, Təcili Tibbi Yardım maşınları çatmır. Bir çox hallarda heç "103”-ə də düşmək olmur.

- Bir vətəndaş, iş adamı kimi hansı təklifləri irəli sürürsüz? 

Mən istəyərdim adiyyati qurumlar dediklərimi elə təklif kimi dəyərləndirsinlər:

1. İctimai nəqliyyat və taksi xidməti göstərən avtomobillər gündə iki dəfə dezinfeksiya edilsin;

2. Bütün yaşayış binaları, iş mərkəzləri və orada fəaliyyət göstərən şirkətlər gündəlik xüsusi məhlullarla təmizlənsin;

3. İş mərkəzlərinin girişində binalara daxil olanların temperaturu ölçülsün; 

4. Dərman preparatlarının qiymətinə xüsusi nəzarət olunsun;

5. Tibbi maskalar yuxarıda qeyd etdiyim qaydada ödənişsiz olsun;

6. Bütün şəxsi avtomobillər müəyyənləşdirilmiş yerlərdə dezinfeksiya tunellərindən keçsinlər;

7. Bakteriya və virusa qarşi filtiri olmayan  mərkəzi havalandırma sistemlərinin fəaliyyəti dayandırılsın.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vaqif Əsədov: “Piyadaların səhlənkarlığı avtomobil qəzalarına zəmin yaradır” - MÜSAHİBƏ

Son dövrlərdə avtomobil qəzalarının sayında azalma müşahidə edilir. Bəlkə də çoxumuz bu kimi halların azalmasını pandemiya dövrü və əhalinin böyük hissəsinin ka...

Siyavuş Novruzov: “Karyerdə daş atmışam, günə 10 manat…”

Milli Məclisin deputatı Siyavuş Novruzov müzakirəyə səbəb olan "Təhsil haqqını ödəyə bilməyən tələbə dərsdən sonra işləsin” açıqlaması barədə fikrini bildi...

İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi

Prezident İlham Əliyev yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, "Glassica” QSC-nin şüşə tara məhsullarının i...

"Xarici donorların Azərbaycana cəlb olunması çox vacibdir" - MÜSAHİBƏ

Ramin Hacılı: "QHT nümayəndələri ölkəmizin beynəlxalq siyasətində aparıcı rol almalıdır” Azərbaycan Avropa Hərəkatının rəhbəri, politoloq Ramin Hacılı Qay...

Soltan Məmmədov: Azərbaycanda tətbiq olunacaq "CoronaVac” peyvəndi tələb olunan standartlara uyğun bütün sınaq mərhələlərindən keçib

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədovun APA-ya müsahibəsi: - Azərbaycanda COVID-19 əleyhinə peyvəndlərin tətbiqinə başlanılır. Sizcə pe...

Azərbaycanda vaksinasiyanın hansı formada aparılacağı məlum oldu

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Aris Rüstəmov poliklinikalardakı peyvənd otaqları barədə danışıb. ...