Üzdəki sızanaqlar xəstəlikdən xəbər verir

Üzdəki sızanaqlar xəstəlikdən xəbər verir

Üzünüzdəki sızanaqlar xəstəliklərin də xəbərçisi ola bilər. Aile.lent.az bu yazısında üzə çıxan sızanaqların nəyə işarə olduğunu izah edəcək.

 

 

Burnun üzərinə çıxan sızanaq ürək sağlamlığı ilə bağlıdır. Burun və ətrafında çıxan sızanaqlar yüksək təzyiq xəbərçisi də ola bilər. Enerji içkiləri və duzdan uzaq durun, meyvə-tərəvəz yeməyə diqqət edin.

 

Çənədə çıxan sızanaqlar bağırsaq ilə əlaqəlidir. Südlü və yağlı qidalardan uzaq durun.

 

Alt yanaqdakı sızanaqlar ağız və dişlərlə bağlıdır. Müntəzəm olaraq dişlərinizi fırçalayın və ağzınızı yuyun. Şəkərli qida və içkilərdən uzaq durun.

 

T bölgəsində çıxan sızanaqlar qaraciyərlə bağlıdır. Qidalanmanıza diqqət edin və spirtli içkini azaldın.

 

Alında çıxan sızanaqlar zəif həzm sistemi və susuzluqdan dolayı yaşanır. Bol su için və qazlı içkiləri, kafeini qidanızdan çıxarın.

 

Gözətrafı və qulaq bölgəsində çıxan sızanaqlar böyrəklərlə bağlıdır. Bol su için və duzdan uzaq durun.

 

Üst yanaqda çıxanda sızanaqlar ağciyərlə bağlıdır. Təmiz hava almağa, mobil telefon ekranını və yastığınızı təmiz tutmağa diqqət edin.


OXŞAR XƏBƏRLƏR