Özcan Dənizlə bağlı şok sözlər: Hamilə həyat yoldaşını döyüb, siqareti üzündə söndürməklə...
14:58 / 22.01.2021
1992
Türkiyəli müğənni Özcan Dənizlə, keçmiş həyat yoldaşı Feyza Aktan arasında qalmaqal səngimək bilmir.
Sfera.az xəbər verir ki, F.Aktan keçmiş həyat yoldaşı ilə yanaşı, qayını Ercan Dənizlə bağlı da prokurorluğa müraciət edib. O bildirib ki, hər iki şəxs tərəfindən fiziki və psixoloji şiddətə məruz qalıb.
İstanbul Respublika Prokurorluğuna təqdim olunan ərizədə bu iddialar yer alıb:
"Feyza Aktan hamilə olduğu müddətdə Özcan Dəniz evlilik müqaviləsi bağlamaq istəyib. Müqavilədə Aktanın evlilik birliyindən irəli gələn və irəli gələ biləcək bütün haqlardan imtina etməsi, heç bir pay tələb etməyəcəyi kimi müddəalar yer alır. 25 yanvar 2018-ci ildə Özcanın Aktanı keçmiş sevgilisi Buse Narcı ilə aldatması barədə xəbərlər çıxıb. Deniz evi tərk edib dostunun evinə gedən Aktanı hədələyərək evə gətirib və qapını kilidləyib. Aktan qaçmaq istəsə də, Özcan onun boğazına yapışaraq döyməyə başlayıb. Hamilə olan Aktanın üzünə və başına zərbələr endirən müğənni onu yerə itələyərək "Qardaşımdakı silahı alıb, ikimizi də öldürəcəm” deyərək oradan ayrılıb”.
Müqavilədən imtina edən Özcan hər şeyi yoluna qoyacağı barədə söz verərək Feyza ilə evlənib. Uşaq doğulduqdan sonra isə yenidən evlilik müqaviləsini gündəmə gətirib və Aktana təzyiq edib. Uşağını və ailəsini düşünən Feyza isə müqaviləni imzalamaq məcburiyyətində qalıb. Aktan Almaniyada tətildəykən Özcanın bir qadınla mesajlaşdığını görüb və aralarında mübahisə yaranıb. İddialara görə, sənətçi həmin vaxt da Feyzaya şiddət göstərib. Onu döyüb və "polisə zəng etsən, siqareti üzündə söndürəcəm” deyib.
Prokurorluqda istintaq davam edərkən Özcan Dəniz və Ercan Dəniz haqda əvvəlcə 1 ay, vaxt tamam olandan sonra isə daha 1 ay uzaqlaşdırma qərarı alınıb. Hər iki şəxsin Aktana yaxınlaşması qadağandır.
Bu barədə çıxan qərarlara etiraz edən qardaşlar iddiaların yalan olduğunu söyləyib. Onlar şiddətlə bağlı heç bir sübut olmadığını bildiriblər.
Qeyd edək ki, cütlük 2019 - cu ildə boşanıb və onların bu nikahdan Kuzey adlı bir oğlu var.
Jalə Mehdi
Sfera.az