Özcan Dənizin ilyarım həbsi istənilir
Maqazin
12:40 / 09.03.2021
1052
Keçmiş həyat yoldaşı Feyza Aktanı döydüyü bildirilən məşhur türkiyəli müğənni Özcan Dəniz haqqında istintaq başa çatıb.
Sfera.az xəbər verir ki, prokurorluq Özcanın 6 aydan 1 il 6 aya qədər həbs olunması ilə bağlı iddia qaldırıb.
Qeyd edilib ki, 3 il əvvəl ifaçı Feyzaya şillə atıb, ancaq yara izi olmayıb. Bununla yanaşı, bildirilir ki, türkiyəli müğənni həyat yoldaşını 3 dəfə döyüb. Almaniyada baş verən sonuncu şiddət hadisəsindən sonra qeyd edilən iddia qaldırılıb. Lakin məhkəmədə çıxışı zamanı Özcan irəli sürülən məlumatları qəbul etməyib.
Qeyd edək ki, hakim ikinci məhkəmə prosesində qərar qəbul edəcək.
Türkan
Sfera.az