Özcan Denizin boşanmasına səbəb olan məşhur aktrisa - FOTO

Özcan Denizin boşanmasına səbəb olan məşhur aktrisa - FOTO

Özcan Denizle keçmiş həyat yoldaşı Feyza Aktanın boşanma səbəbləri məlum olub.

Sfera.az ölkə.az-a istinadən bildirir ki, iyun ayında boşanan türkiyəli məşhur aktyor Özcan Deniz və keçmiş həyat yoldaşı Feyza Aktanın ayrılmalarına səbəb Meryem Uzerli olub. İddiaya görə Feyza evli olduğu aktyoru onunla eyni baş rola çəkilən Məryəm Uzerliyə qısqanıb.

Belə ki, qısqanclıq səbəbi ilə məhkəməyə boşanma ərizəsi verən Feyza bir müddət sonra Özcanla yenidən barışıb. Lakin barışıqdan sonra aktyor yenidən Meryemlə birlikdə filmə çəkilmək istədiyi üçün həyat yoldaşı ondan boşanıb.

Digər iddiaya görə, Özcan Denizlə Feyza Aktanın boşanmasının səbəbkarı aktrisa Aslı Enverdir. Feyza "İstanbullu gelin" serialında rol alan cütlüyü uzun müddət qısqanıb. Ö. Denizin A. Enver barədə daim xoş sözlər deməsi, onu həmişə xanımına nümunə gətirməsi F. Aktanı qıcıqlandırıb.

 

O, Özcanın göstərişi ilə  Aslının tərzində geyinməyə başlayıb, saçını belə eyni rəngə boyatdırıb. Öz halından narahat olan Feyza hətta, psixoloq yanına getsə də, özünü xilas edə bilməyib. Tez-tez mübahisə edən cütlük sonda ayrılmaq barədə qərara gəlib.


OXŞAR XƏBƏRLƏR